/ / Ümumxalq səsverməsinin təhlükəsiz keçirilməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir
Ümumxalq səsverməsinin təhlükəsiz keçirilməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir
10.09.2016 [11:25]
Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsində (referendumda) polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi ilə növbəti zona seminar-müşavirəsi sentyabrın 9-da Şəki şəhərində keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan seminar-müşavirədə təşkilatçı qurumların rəsmiləri, şəhər və rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Seminar-müşavirənin keçirilməsində əsas məqsəd seçki qanunvericiliyinin, səsvermə günü polisin üzərinə düşən vəzifələrin və ictimai qaydaların qorunmasının izah edilməsi olub.
Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov məruzəsində seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddəti, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları, seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tədbirlər və digər məsələlərdən bəhs edib.
Bildirilib ki, səsvermə bülletenlərinin və digər referendum sənədlərinin MSK-dan dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, səsvermə günü isə proseslər yekunlaşdıqdan sonra müvafiq sənədlərin seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan MSK-ya gətirilməsi zamanı mühafizənin təmin edilməsində polis əməkdaşlarının üzərinə məsul vəzifələr düşür.
Daxili İşlər Nazirliyinin idarə rəisi Əziz Baxışov referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. Qeyd olunub ki, referendumun qanunvericiliyin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir. Bildirilib ki, referendum kampaniyası ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq.
MSK-nın hüquq şöbəsinin baş məsləhətçisi Rafiq Abbasov məruzəsində referendum subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilələrin yolverilməzliyi ilə bağlı məsələlərə toxunub.
Seminar-müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara polis əməkdaşlarının ümumxalq səsverməsində iştirakına dair yaddaş kitabçası paylanılıb.
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

