Gənclər Fondu 9-cu qrant müsabiqəsinə yekun vurub
16.09.2016 [14:06]
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, toplantının gündəliyinə 9-cu qrant müsabiqəsinin yekunları, qurumun müsabiqələrində iştirak etmək üçün elektron ərizə formalarında dəyişikliklərin olunması və s. məsələlər daxil edilib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 9-cu müsabiqə barədə məlumat verərək bildirib ki, 2016-cı il iyulun 25-dən avqustun 25-dək gənclər təşkilatlarından Fonda “A” (yerli layihələr) kateqoriyası üzrə 159, “B” (beynəlxalq layihələr) kateqoriyası üzrə 10 layihə təklifi daxil olub. Qəbul olunan layihələr Fondun aparatının əməkdaşları tərəfindən sistemləşdirilib, hər biri haqqında annotasiya hazırlanıb, qeyri-hökumət təşkilatlarının əvvəlki müsabiqələrdəki layihələri üzrə hesabatlılıq vəziyyəti nəzərdən keçirilib.
Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməyən resipiyentlərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə, ictimai əhəmiyyət kəsb edən, gənclərin fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan, habelə Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar hazırlanmış layihələrə üstünlük verilib. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 110, “B” kateqoriyası üzrə 5 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 115 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 milyon 52 min manat vəsaitin ayrılması nəzərdə tutulub (həmin layihələrin siyahısı 2016-cı il sentyabrın 17-də Fondun rəsmi internet səhifəsində yerləşdiriləcək).
İclasda qeyd edilib ki, bu ilin əvvəllərindən etibarən keçirilən müsabiqələrin mövzuları sırasına Gəncənin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi ilə bağlı təşəbbüslər daxil edilib. Səkkizinci qrant müsabiqəsində gənclər təşkilatlarının Gəncədə keçirilməsi planlaşdırılan 28 yerli və 6 beynəlxalq, fiziki şəxslərin isə 59 layihəsinə dəstək verilib. Həmin layihələrin icrası üçün 595 min 400 manat vəsait ayrılıb. Hazırkı müsabiqənin yekunlarına görə isə Gəncədə reallaşdırılması nəzərdə tutulan 5 yerli və 3 beynəlxalq layihə dəstəklənib.
Gündəlikdə duran digər məsələ - qrant müsabiqələrində iştirak etmək üçün elektron ərizə formalarında dəyişikliklər edilməsi barədə məlumat verən Fondun aparat rəhbəri Faiq Qürbətov layihələrin tərtibatının daha da təkmilləşdirilməsinə, bir sıra sualların konkretləşdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Müşahidə Şurası üzvlərinin müzakirələrindən sonra, işçi qrupu tərəfindən ərizə formalarına təklif edilən dəyişikliklər təsdiqlənib.
İclasın gündəliyindəki məsələlər ətrafında aparılan müzakirələrdə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Müşahidə Şurasının üzvləri - gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının təmsilçisi Şahin Seyidzadə və başqaları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

