Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Diplomat susaraq danışır” adlı layihənin açılış mərasimi keçirilib

“Diplomat susaraq danışır” adlı layihənin açılış mərasimi keçirilib

22.09.2016 [09:40]

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilati dəstəyi ilə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin qalibi olmuş “Diplomat susaraq danışır” adlı layihənin açılış mərasimi keçirilib.
Açılış mərasimində layihə rəhbəri Nigar Səfərova çıxış edərək son illərdə Bakıda dünyanın diqqətini çəkən bir çox beynəlxalq tədbirlərin keçirildiyini və bu səbəbdən gənclərin diplomatiyada etiket və digər qaydalar haqqında maarifləndirilməsinin olduqca vacib olduğunu bildirib.
Daha sonra YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edib. Eyni zamanda, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Əli Pənahov çıxış edərək layihə iştirakçılarına uğurlar arzu edib.
Qeyd edək ki, layihənin icrası zamanı təlimlər nəzərdə tutulub. Təlimləri uğurla başa vuran gənclər sertifikatlarla təltif olunacaqlar.

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31