“Azərsu”dan istehlakçılara yeni e-xidmət
23.09.2016 [09:59]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması məqsəi ilə “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışın alınması” elektron xidmətinin göstərilməsinə başlanılıb.
Bu barədə Trend-ə “Azərsu”dan məlumat verilib.
Borcun olmaması haqqında arayışın alınması elektron xidmətindən mülkiyyət hüququnun dəyişdirilməsi ilə bağlı məsələlərdə istifadə olunur. Belə ki, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və mülkiyyət hüququ başqasına verilərkən, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb olunur. İndiyədək borcun olmaması haqqında arayışın alınması üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər. Bu da əlavə vaxt itkisi və texniki prosedurlarla müşahidə olunurdu. Bundan sonra həmin arayışların alınması internet üzərindən də həyata keçiriləcək və abunəçinin hər hansı idarəyə üz tutmasına ehtiyac qalmayacaq.
Yeni yaradılmış xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri üzrə) istehlakçıları bundan sonra borcun olmaması barədə arayışı www.azersu.az saytı və www.e-gov.az portalından istifadə etməklə əldə edə bilərlər. (www.azersu.az saytı www.e-gov.az portalına inteqrasiya olunmuşdur).
Elektron xidmətdən istifadə edilməsi və əməliyyatın aparılması üçün istifadəçi www.e-gov.az portalının “bütün xidmətlər” bölməsində “Azərsu” ASC-ni, daha sonra “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayış alınması” elektron xidmətini seçir. Növbəti mərhələdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş “Elektron imza” kartı, Asan imza və ya “Elektron Hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə sistemə daxil olub xidmətdən istifadə edə bilər.
Bunun üçün ilk növbədə abonent kodu daxil edilir, daha sonra şəxsiyyət vəsiqəsinin pin kodu, əlaqə vasitələri, obyektə aid sənədlər (skan olunmuş, pdf və s. formatda) sistemə yüklənir və müraciət edilir.
Müraciət qeydiyyata alındıqdan 3 iş günü ərzində icra ediləcəyi barədə abunəçinin elektron ünvanına məlumat göndərilir. Sonrakı mərhələdə müraciət Cəmiyyətin müvafiq struktur vahidinə yönləndirilir. Operativ qaydada abunəçinin sayğacına yerində baxış keçirilir və ya onun ailə tərkibi dəqiqləşdirilir.
Müraciətin icrası tamamlandıqdan sonra abunəçinin elektron ünvanına borcun olub olmaması haqda məlumat göndərilir. Əgər abunəçinin borcu varsa tam ödəniş aparıldıqdan sonra, borc olmadığı təqdirdə isə “Göndərilən müraciətlər” bölməsindən arayışı əldə edə bilər.
Müraciətlərin nəticəsi abunəçinin elektron poçtuna məlumat verməklə cavablandırıldığından göstərilən elektron ünvanlar doğru və aktiv istifadədə olmalı, şəxsi və mənzil haqqında düzgün məlumatlar sistemə daxil edilməlidir. Əks halda müraciət etibarsız sayılacaqdır.
“I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayış”ın alınması elektron xidmətindən istifadə ödənişsizdir.
Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən bir sıra xidmətlər elektron qaydada göstərilir. İstehlakçılar internet vasitəsi ilə borcları haqda məlumat ala, abonent məlumatlarını dəyişdirə bilərlər. Bununla yanaşı, borcların internet və odəmə terminalları vasitəsilə ödənilməsi, I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması, “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”nə dair abunəçiyə məlumatların verilməsi elektron xidmətlər vasitəsilə həyata keçirilir.
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

