AMEA-da görkəmli alimin 90 illik yubileyi qeyd olunub
06.10.2016 [09:45]
Oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda görkəmli filosof alim, akademik Aslan Aslanovun 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli A.Aslanovun həyat və fəaliyyəti, elmi yaradıcılığı haqqında danışıb, alimin etika və estetikanın inkişafına həsr etdiyi əsərləri barədə məlumat verib. Bildirilib ki, onun Azərbaycanda estetik fikrin inkişafına, estetikanın problem və prinsiplərinə həsr etdiyi əsərləri sayca az olmasına baxmayaraq, məna və məzmunca, elmi baxımdan ciddi əsərlərdir. Alimin fəaliyyətində klassik dünya fəlsəfəsinin, estetik fikir sahəsinin öyrənilməsi də xüsusi yer tutur. Onun Şərq, Qərb, yunan fəlsəfəsi ilə bağlı qiymətli fikirləri var və bu fikirlərlə alimin bir filosof kimi portretini yaratmaq olar. Qeyd olunub ki, A.Aslanov qədim yunan filosofu Aristotelin Azərbaycandakı ən görkəmli tədqiqatçılarındandır. O, qədim yunan, qədim Roma, orta əsr Avropa, orta əsr Şərq estetikasının əsl mahiyyətini, başlıca xüsusiyyətlərini məharətlə tədqiq edib. Qədim yunan estetikasının korifeyləri Demokrit, Heraklit, Sokrat və Aristotelin estetik görüşlərini məharətlə araşdırıb, təhlil edib, həmişə öz dəyərini saxlayan fikir və mülahizələri nəzərə çatdırıb.
Sonra A.Aslanovun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən akademik Teymur Bünyadov akademik A.Aslanov haqqında xatirələrini bölüşüb. Alimin hələ uşaqlıq, yeniyetməlik illərindən oxuyub-öyrənməyə böyük səy göstərdiyi, orta məktəbi yüksək təhsil göstəriciləri ilə başa vurduğu bildirilib. Qeyd edilib ki, görkəmli alim A.Aslanov həm də bacarıqlı elm və təhsil təşkilatçısı olub. Ötən əsrin 70-80-ci illərində respublikamızda, keçmiş SSRİ-də, habelə dünyanın bir sıra ölkələrində görkəmli estetik alim kimi tanınması onun gərgin yaradıcılıq axtarışlarının, fundamental tədqiqatlarının nəticəsi idi.
Akademik Vasim Məmmədəliyev A.Aslanovun milli və bəşəri dəyərləri bir-biri ilə çox məharətlə əlaqələndirdiyini vurğulayıb. Bildirilib ki, o, bunların ümumtərbiyə-tərəqqi prosesində mühüm rol oynadığını ağlabatan, inandırıcı müddəalarla sübuta yetirirdi. Alim beynəlxalq elmi tədbirlərdə əsas diqqəti hər bir xalqın estetik mədəniyyətinin, estetik fikirlərinin artırılıb-əskildilmədən, daha konkret şəkildə göstərilməsinə, şərh olunmasına yönəldirdi.
Filologiya üzrə fəlsəfə doktoru, yazıçı, publisist Sona Vəliyeva “Unudulmaz insan, görkəmli müəllim” mövzusunda çıxışında A.Aslanovun yüksək insani keyfiyyətlərindən danışıb. Alimin Azərbaycan estetika elminə verdiyi böyük töhfələrdən söz açan S.Vəliyeva bildirib ki, akademik A.Aslanov ədəbi, təşkilati və digər sahələrdə öz sözünü demiş insanlardandır. Onun xeyirxahlığı hər zaman minnətdarlıqla anılacaq. A.Aslanov ürəklərdə böyük bir məşəl qoyub gedib. S.Vəliyeva deyib ki, mən uğurlarıma, əldə etdiyim nailiyyətlərə görə dahi pedaqoq A.Aslanova borcluyam. Bu uğurların qazanılmasında Aslan müəllimin böyük rolu olub. A.Aslanovun bütün yaradıcılığı boyu maraqlı fikirləri, orijinal deyimləri ilə estetika aləmini zənginləşdirməyə çalışan alim olduğu vurğulanıb.
Sonra akademik Rafael Hüseynovun “Filosof şairin kredosu: gözəlliyin tədqiqi və tərənnümü” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, A.Aslanov elmi nailiyyətləri ilə yanaşı, həm də nəğməkar şair kimi sayılıb-seçilən ziyalılardan olub. O, təbiətən lirik şair idi. Bunu hələ keçən əsrin 50-60-cı illərində nəşr edilən şeir kitablarından da görmək olar. Aslan müəllim şairliklə estetikliyi xüsusi bir ahəngdə davam etdirirdi. Onun poeziyasında Azərbaycan təbiətinin gözəllikləri, ülvilikləri xüsusi bir ahəngdarlıqla tərənnüm olunur, təbiət mənzərələri, insanın təbiətə estetik münasibəti incə, kövrək hisslərlə nəzərə çatdırılır. Doğma Azərbaycanın zəngin təbiəti ilə yanaşı, ictimai-siyasi həyatı da Aslan müəllimin poeziyasından yan keçməyib.
Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, fəlsəfə elmləri doktorları Zümrüd Quluzadə, Adil Əsədov, Niyazi Mehdiyev və başqaları çıxış edərək görkəmli alimin Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıblar.
A.Aslanovun qızı Yeganə Aslanova atası ilə bağlı xatirələrini bölüşüb, onun xeyirxah insan, dahi şəxsiyyət, eyni zamanda, qayğıkeş və mehriban ailə başçısı olduğunu söyləyib. O, atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

