Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Lee Tammeməe: Azərbaycan səhiyyə işçiləri ilə əlaqələrimizin genişləndirilməsində maraqlıyıq

Lee Tammeməe: Azərbaycan səhiyyə işçiləri ilə əlaqələrimizin genişləndirilməsində maraqlıyıq

07.10.2016 [10:01]

Azərbaycana səfər Estoniya həkimləri üçün çox maraqlı idi. Bu sözləri Şərgi Tallinn Mərkəzi klinikasının ginekologiya şöbəsinin müdiri Lee Tammeməe AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Səfərin əsas məqsədi yerli səhiyyə sistemi ilə tanış olmaq və həmçinin Estoniya səhiyyə xidmətlərinin Azərbaycanda tətbiq etmək üçün yolları araşdırmaq idi.
Lee Tammeməe qeyd edir ki, Estoniyalı həkimlər Bakıda həm özəl, həm də dövlət klinikaları ilə tanış oldular. Onun sözlərinə görə, tibb müəssisələrinin əksəriyyəti təmirli və yüksək texnologiya ilə təchiz olunmuşdur.
“Reproduktiv Sağlamlıq mərkəzi professional cəhətdən məni yaxşı mənada çox təəccübləndirdi. Burada çalışan üç həkimin fəaliyyəti ilə tanış oldum, onların xəstələri ilə münasibəti və sonrakı taleyi ilə belə maraqlanmasını çox bəyəndim”, - L.Tammeməe deyib.
Estoniya heyətinə məlumat verilib ki, Azərbaycan həkimlərinin türkiyəli həmkarları ilə əlaqələri çox genişdir və Türkiyə səhiyyə sistemi dünyada güclü səhiyyə sistemlərindən biridir. L.Tammeməe qeyd edib ki, belə geniş əlaqələrin olması Azərbaycan səhiyyəsi üçün müsbət haldır.
“Çox ümid edirəm ki, Azərbaycan səhiyyə işçiləri ilə əlaqələrimiz bundan sonra daha geniş olacaq. Bu yaxınlarda biz artıq Azərbaycandan nümayəndə heyətini Tallinndə gözləyirik”, - şöbə müdiri qeyd edib.
L.Tammeməe paytaxtımızdan heyran olduğunu gizlətməyib. Onun sözlərinə görə, Bakı şəhərinin gözəlliyi onu çox valeh etdi. Estoniyalı həkim deyib: “Müasir Bakı məni heyran etdi. İlk dediyim bu oldu ki, bəlkə biz Sinqapurdayıq. İnsanları isə çox mehriban, qonaqpərvər və gülərüzdürlər. Azərbaycana səfərimdən çox razı qaldım”.

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31