Azərbaycan həmişə multikultural və tolerant dəyərləri ilə tanınıb
08.10.2016 [10:08]
Azərbaycanda multikulturalizm dövlət siyasətinin önəmli istiqamətlərindən birinə çevrilib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Oğuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 7-də Oğuz şəhərində keçirilən “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfransda səsləndirilib.
Konfransda dini işlər üzrə komissiyaların üzvləri, ziyalılar, gənclər, təhsil işçiləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Oğuz rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Ayaz Ağayev açaraq, bir çox xalqların nümayəndələrinin yaşadığı Oğuz rayonunun həmişə multikultural və tolerant dəyərləri ilə tanındığını bildirib, konfransın işinə uğurlar arzulayıb.
DQİDK sədrinin müavini Gündüz İsmayılov konfransın əsas məqsədinin Azərbaycandakı dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli mənəvi dəyərlərin qorunub saxlanması və təşviqinə nail olmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Vurğulanıb ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.
G.İsmayılov ölkəmizin zəngin multikultural mühitinə əsas təhlükə törədən potensial və real təhdidlərə diqqət çəkərək, dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən danışıb. Bildirilib ki, məzhəb müxtəlifliyi şəraitində multikultural cəmiyyətlərdə, xüsusilə İslam dininə mənsub toplumlarda ənənəvi İslamın zəifləməsi fonunda xarici təsirlərin güclənməsi ehtimalı var. Dini radikalizmin güclənməsi dinin siyasiləşdirilməsinə, tolerantlığın zəifləməsi ilə məzhəbçiliyin güclənməsinə, dini kimliyin milli kimliyə qarşı qoyulmasına, cəmiyyətdə qütbləşmənin və sosial təbəqələşmənin yaranmasına aparıb çıxara bilər. Belə cəmiyyətlərdə qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyillərinin artması, dünyəvi təhsilə qarşı çıxışların müşahidə olunması xarakterik haldır.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına toxunub.
Tədbirin ikinci hissəsi diskussiya şəraitində keçib, milli mənəvi dəyərlərimizin qorunması, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri, qloballaşma şəraitində müasirləşmənin milli özünəməxsusluğun itməsi hesabına baş verməməsi üçün görülən işlər müzakirə edilib. “Dini, yoxsa milli kimlik?!”, “Dindar olub müasir olmaq mümkündürmü?”, “Dindar gənclik dünyəvi gənclikdən nə ilə fərqlənməlidir?” sualları ətrafında gənclərin fikirləri dinlənilib.
Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35

