/ / ASK-nın aqrar inkişaf və ailə kəndli təsərrüfatları ilə iş komissiyasının növbəti yığıncağı keçirilib
ASK-nın aqrar inkişaf və ailə kəndli təsərrüfatları ilə iş komissiyasının növbəti yığıncağı keçirilib
08.10.2016 [10:11]
“Azərsun Holdinq” bir neçə yeni məhsulunu “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmağa hazırlaşır
Oktyabrın 7-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) aqrar inkişaf və ailə kəndli təsərrüfatları ilə iş komissiyasının növbəti yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransı formatında keçirilən yığıncaqda komissiyanın sədri, “Azərsun Holdinq”-in Müşahidə Şurasının sədri Abdulbari Gözəl Prezident İlham Əliyevin sahibkarlığın inkişafına yaratdığı yeni perspektivlər çərçivəsində komissiyanın davamlı iş apardığını deyib. Bildirib ki, son vaxtlar dövlət başçısı biznes mühitinin əlverişliliyinin artırılması sahəsində bir çox Fərman və sərəncamlar imzalayıb. Bundan ilk növbədə fərəhlənən, həmin qərarların tezliklə həyata keçməsində maraqlı olan məhz sahibkarlardır. Çünki işgüzar mühit nə qədər əlverişli olsa, biznes də bir o qədər möhkəmlənər. Bu da Azərbaycan iqtisadiyyatının güclənməsində mühüm rol oynayar.
“Hazırda qlobal iqtisadiyyatda mənfi proseslər davam etməkdədir. Dünya bazarında neftin bir barrelinin qiyməti 50-55 dolları keçən kimi, ABŞ bu prosesə müdaxilə edərək ölkədəki ehtiyat yataqlarını işə salır. Çünki qazanc əldə edir. Bunun nəticəsində neftin qiyməti yenidən ucuzlaşır. Dünya bazarında neftin qiymətinin 40-45 dollaradək ucuzlaşması fonunda bir çox hasilatçı ölkələrin iqtisadiyyatında çətinliklər yaranır”, - deyə A.Gözəl bildirib.
O, qeyd edib ki, Prezident İlham Əliyev bu prosesləri 10 il əvvəl görüb və neftdən asılılığın azaldılması üçün Azərbaycanda qeyri-neft sektorunun inkişafına daim dəstək verib. Hazırda biz bu dəstəyin bəhrəsini əyani surətdə görürük. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı günbəgün artmaqdadır. Neftin ucuzlaşan qiyməti fonunda azalan gəlirləri isə qeyri-neft ixracının hesabına kompensasiya etmək olar. Bunun üçün ölkədəki qeyri-neft məhsullarının istehsalçıları daha aktiv olmalıdırlar. Prezident İlham Əliyevin yerli istehsalın stimullaşdırılması və aqrar sahənin daha da inkişafı ilə bağlı tapşırıqlarının icrası istiqamətində hazırda Azərbaycan sahibkarları tərəfindən mühüm işlər görülür.
Bu gün “Azerçay”ın Azərbaycanın milli brendinə çevrildiyini diqqətə çatdıran A.Gözəl deyib: “Bu təkcə bizim yox, bütün ölkəmizin uğurudur. Biz jurnalistlərin də bununla fəxr etməsini gözləyirik. Bugünkü görüşün də əsas məqsədi məhz “Azərsun”un məhsullarında qiymət artımı ilə bağlı əsassız xəbərlər yayan KİV nümayəndələrinin bizimlə daha sıx əlaqədə olması, həyata keçirdiyimiz işləri və uğurlarımızı yerində görməsidir”.
A.Gözəl bildirib ki, hazırda Azərbaycanda 1,5-2 milyon hektar istifadəsiz və ya səmərəli istifadə edilməyən torpaq sahəsi var. Son zamanlar Prezident İlham Əliyevin təşviqi ilə bu torpaq sahələri əkin dövriyyəsinə daxil edilir. Prezidentin bu günlərdə imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında” Fərmanı istiqamətində “Azərsun Holdinq” tərəfindən də mühüm işlər görülür. “Azərsun Holdinq” Şirkətlər Qrupu bir neçə yeni məhsulunu “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmağa hazırlaşır.
“İndiyədək 200 hektar sahədə 200 minədək nar ağacı əkən “Azərsun Holdinq” nar məhsulları üzrə yeni brend yaratmaq niyyətindədir. Şirkətlər Qrupunun “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxaracağı yeni məhsullar nar məhsulları və enerji şirələridir”, - deyə A.Gözəl qeyd edib.
Məlumat verilib ki, şirkətin məhsullarından olan duz və pomidor pastasının 100 faizi yerli xammal hesabına istehsal edilir. Lakin duzun qablaşdırılmasının 25 faizi xarici məmulatla reallaşdırılır. Pomidor pastası da bütünlüklə yerli məhsuldan hazırlansa da, onun dəmir qabda konservləşdirilməsi üçün xammal xaricdən gəlir. Şüşə qabda qablaşdırma isə yerli xammal hesabına həyata keçirilir.
Abdulbari Gözəl daha sonra deyib: “Şəkər istehsalının 15 faizi yerli xammala, 85 faizi isə idxala bağlıdır. Əgər 130 milyon dollar investisiya qoysaq, şəkər tozunu 100 faiz yerli xammaldan əldə edə bilərik. Bizim şəkər zavodumuz 300 milyon avro dəyəri olan müəssisəsidir və bu ilin sonunadək şəkər istehsalında yerli xammalın payını 45-50 faizə çatdırmağı planlaşdırırıq”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35

