Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Müstəqilliyi Günü Tərtərdə konsert proqramı ilə qeyd olunub

Dövlət Müstəqilliyi Günü Tərtərdə konsert proqramı ilə qeyd olunub

19.10.2016 [10:10]

Tərtər rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyəti və mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert təşkil olunub. Bu barədə qəzetimizə Tərtər rayon İcra Hakimiyyətindən məlumat verilib.
Konsertdən öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Tərtər rayonunun mərkəzindəki abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Məlumatda deyilir ki, konsertdə Bakı şəhərindən qonaq gəlmiş incəsənət ustaları, Xalq və Əməkdar artistlər iştirak ediblər. İncəsənət ustalarının ifaları rayon sakinlərinin böyük marağına səbəb olub. Tamaşaçılar Xalq artistləri Simarə İmanovanın, Cəmilə Bayramovanın, Əməkdar artistlər Zakir Əliyevin, Nüşabə Ələsgərlinin, aşıq Solmaz Kosayevanın ifalarını alqışlarla qarşılayıblar.
Sonda Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, Mədəniyyət və Turizm Nazirliyinə və incəsənət ustalarına öz təşəkkürünü bildirib.
NADİR

Paylaş:
Baxılıb: 592 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31