Yerli dərman istehsalının ölkəmiz üçün ciddi sosial-iqtisadi səmərəsi olacaq
04.11.2016 [10:00]
Yeni əczaçılıq zavodu Azərbaycanda əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək
Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin əsas prioritetlərini təşkil edir. O cümlədən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi də ciddi sosial təşəbbüs kimi vətəndaşların məmnuniyyəti ilə qarşılanır. Eyni zamanda, dərman vasitələrinin keyfiyyətinə nəzarət məsələsində də hökumət ciddi addımlar atmaqdadır.
Bunlarla yanaşı, dövlət başçısı İlham Əliyev tərəfindən dərman istehsal edən yerli müəssisələrin yaradılması vəzifəsi də qarşıya qoyulub. Artıq bu yöndə praktiki addımlar atılmaqdadır. Belə ki, noyabrın 2-də Pirallahı Sənaye Parkında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulskinin iştirakı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətinə daxil olan “AR-Pharm” MMC şirkətləri arasında “Hayat Pharm” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb. Sənədi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf, “Vita-A” MMC-nin direktoru Murad Sadıxov, “R-Pharm” şirkətinin İdarə Heyətinin sədri Aleksey Repik imzalayıblar. Sənədə əsasən, əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış “Hayat Pharm” birgə müəssisəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC 10 faiz, “Vita-A” MMC və “AR-Pharm” MMC isə hər biri 45 faiz iştirak payına malikdir. Sonra “Hayat Pharm” əczaçılıq zavodunun təqdimatı keçirilib. Bildirilib ki, investisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.
“Hayat Pharm” əczaçılıq zavodu Azərbaycanda əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Layihə çərçivəsində 200-dən çox yeni iş yeri yaradılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Pirallahı Sənaye Parkı əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq. Artıq Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək Rusiya və İran şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Bununla belə, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə də danışıqlar aparılır.
Ümumiyyətlə, ölkəmizdə dərman istehsalı üçün böyük potensial mövcuddur. Mütəxəssislər hesab edirlər ki, bunun üçün kifayət qədər xammal bazası var. Çünki Azərbaycan dərman bitkiləri ilə zəngin ölkədir və hazırda bu bitkilərdən təyinatı üzrə istifadə olunmur. Nəzərə alınsa ki, dünyada keyfiyyət baxımından ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, onda bu potensialdan səmərəli istifadə edilməsinin nə qədər mühüm olduğu bir daha ortaya çıxır. Təbii ki, yerli müəssisələr fəaliyyətə başladıqdan sonra onlar bu zəngin xammal bazasından yararlanacaqlar.
Məsələnin digər bir əhəmiyyəti ondan ibarətdir ki, yerli dərman istehsalı xaricə külli miqdarda valyuta axınının qarşısını alacaq. Çünki hazırda dərman vasitələri yalnız idxal olunur və bu da böyük məbləğdə vəsaitin ölkədən çıxması deməkdir. Eyni zamanda, ölkəyə valyuta gətirmək baxımından dərman istehsalı çox vacib məsələlərdən biridir. Həmçinin yerli dərman istehsalı yeni iş yerlərinin açılması deməkdir. Bir sözlə, sadalananlardan da göründüyü kimi, Azərbaycanda dərman istehsal edən yerli müəssisələrin yaradılmasının çox ciddi sosial-iqtisadi səmərəsi olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

