Universitetdə Akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilib
04.11.2016 [10:01]
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin məzunu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən, qazanılan uğurlardan danışıb.
Rektor universitetdə Akademik Xoşbəxt Yusifzadə adına təqaüdün təsis olunduğunu və bu təqaüdün təhsildə yüksək nailiyyətlər əldə edən tələbələrə veriləcəyini diqqətə çatdırıb.
Tədbirdə akademik Xoşbəxt Yusifzadənin mənalı və şərəfli ömür yolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, neft sənayesinin inkişafında akademik X.Yusifzadənin mühüm xidmətləri olub. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə çoxlu sayda neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqları kəşf edilib və istismara verilib.
Akademikin rəhbərliyi və iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri 188 elmi əsərdə, o cümlədən 12 monoqrafiyada əksini tapıb.
Səmərəli xidmətlərinə görə akademik X.Yusifzadə yüksək mükafatlara, orden və medallara, fəxri adlara layiq görülüb.
Tədbirdə akademik X.Yusifzadəyə ADNSU-nun fəxri professoru adı verilib.
Sonra təhsildə yüksək nailiyyətlər əldə edən tələbələrə Akademik Xoşbəxt Yusifzadə adına təqaüd təqdim olunub.
SOCAR-ın birinci vitse-prezidenti, akademik X.Yusifzadə Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Azərbaycan neft sənayesinin inkişaf mərhələlərindən bəhs edən akademik dahi rəhbər Heydər Əliyevin bu sahəyə daim xüsusi önəm verdiyini vurğulayıb.
Akademik X.Yusifzadə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini söyləyib.
Tələbələrə tövsiyələrini verən akademik onları vətənpərvərliyə və təhsildə yüksək nailiyyətlər qazanmağa çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

