Bakıda kanalizasiya xətlərinin təmizlənməsində robotlardan istifadə olunur
08.11.2016 [09:57]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda tullantı sularının optimal idarə olunması məqsədilə kompleks tədbirlər həyata keçirir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, payız mövsümündə intensiv yağıntılarla əlaqədar kanalizasiya və yağış suları infrastrukturunun yüklənməsi bu sahəyə diqqəti artırıb.
Kanalizasiya və yağış suları sistemlərinin normal rejimdə işləməsi üçün “Azərsu” ASC-nin xidmət bölmələri tərəfindən mütəmadi olaraq şəbəkələrdə, kollektorlarda və qurğularda monitorinqlər aparılır, qarşıya çıxan problemin operativ həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür. İntensiv yağıntıların müşahidə olunduğu oktyabr ayı ərzində 80 km kanalizasiya xətləri yuyulub, 6 mindən çox yağış, kanalizasiya quyusu və barmaqlıqlar çöküntü və lillərdən təmizlənib.
2016-cı ilin 9 ayı ərzində “Azərsu” ASC-nin xidmət bölmələri tərəfindən 560 km kanalizasiya xətləri, 16 minə qədər yağış və kanalizasiya quyuları, barmaqlıqlar lil və çöküntülərdən təmizlənib, mövcud sistemlər üzərində təmir-bərpa işləri aparılıb. Təmizlənmiş xətlərin 415 km-i Abşeron yarımadasının, 145 km-i isə regionların payına düşür.
Son dövrlər kanalizasiya xətlərinin təmizlənməsində yeni texnologiyalardan istifadə olunur. Belə ki, məsafədən idarə olunan xüsusi robotlar vasitəsi ilə kanalizasiya xətlərinin vəziyyəti öyrənilir, tutulmaların baş verdiyi yerlər müəyyən edilir. Bundan sonra həmin hissələr yüksək təzyiqlə su vuran maşınlarla təmizlənir. Ötən dövrdə 176 km uzunluğunda kanalizasiya xətləri məhz bu cür xüsusi maşınlarla təmizlənib.
Payız-qış mövsümündə intensiv yağıntılar nəzərə alınaraq xidmət bölmələri tərəfindən kanalizasiya infrastrukturunda profilaktik işlər davam etdirilir. Bakı şəhərində bu işlər əsasən gecə saatlarında, nəqliyyatın intensiv olmadığı vaxtlarda həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

