/ / “Müstəqil Azərbaycanın Konstitusiyası və demokratik dövlətçiliyin inkişafı” mövzusunda “dəyirmi masa” keçirilib
“Müstəqil Azərbaycanın Konstitusiyası və demokratik dövlətçiliyin inkişafı” mövzusunda “dəyirmi masa” keçirilib
09.11.2016 [00:13]
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə noyabrın 8-də “Müstəqil Azərbaycanın Konstitusiyası və demokratik dövlətçiliyin inkişafı” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “Dəyirmi masa”da çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirin BDU ilə səmərəli əməkdaşlığın aparılması, təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıdığını bildirib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 25 ildə keçdiyi inkişaf yoluna və əldə etdiyi nailiyyətlərə nəzər salan Konstitusiya Məhkəməsinin sədri müstəqilliyin ilk illərində ölkə həyatının bütün sahələrində yaşanan dərin böhranı diqqətə çatdırıb. Azərbaycanın 25 illik müstəqillik tarixində 1993-cü ilin xüsusi yer tutduğunu bildirən F.Abdullayev deyib ki, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqımızı müstəqilliyin itirilməsi təhlükəsindən xilas edərək, respublikanı dinamik inkişaf yoluna çıxardı. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən mühüm islahatlar demokratik dövlət quruculuğu prosesində mühüm rol oynayaraq, ölkənin gələcək inkişafının əsas təməlini formalaşdırdı.
F.Abdullayev bildirib ki, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ölkəmizin həyatında tarixi hadisə idi. Konstitusiya Məhkəməsinin sədri 1995-ci ildə Ulu öndərin rəhbərliyi ilə yaradılmış ilk Konstitusiyanın ölkəmizdə dövlətçiliyin inkişafında, hüquqi dövlət quruculuğunda və demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynadığını bildirib. Azərbaycanın 25 il ərzində keçdiyi inkişaf yolunun, habelə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin məhz mütərəqqi və işlək Əsas Qanuna - Konstitusiyaya söykəndiyi diqqətə çatdırılıb.
Konstitusiya Məhkəməsinin sədri vurğulayıb ki, bu gün Azərbaycanın dünya birliyində aparıcı rola malik olması ölkəmizin sürətli inkişafı ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci, 2009-cu və 2016-cı illərdə edilən əlavə və dəyişikliklər ölkəmizin dinamik inkişafı, cəmiyyətdəki müsbət dəyişikliklər nəticəsində Əsas Qanunun dövrün tələblərinə uyğunlaşdırılması zərurətindən irəli gəlib.
Qeyd edilib ki, ölkəmizdə mütərəqqi addımlardan biri də 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması olub.
Sonra Konstitusiya Məhkəməsinin hakimləri Südabə Həsənova, Kamran Şəfiyev, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev, cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru Firuzə Abbasova, beynəlxalq ümumi hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Əfsər Sadıqov və digər natiqlər müstəqil Azərbaycanın inkişaf yolu, milli qanunvericiliyin formalaşdırılması, hüquq mədəniyyəti və müasir hüquqa aid digər məsələlər ətrafında çıxışlar ediblər.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
“Dəyirmi masa”ya yekun vuran Fərhad Abdullayev tədbirdə dinlənilən məruzələrin və aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

