Ədliyyə işçiləri Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər
13.12.2016 [10:19]
Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolu olan Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafında və beynəlxalq aləmdə nüfuzunun artmasında misilsiz xidmətləri hər zaman qədirbilən xalqımız tərəfindən dərin minnətdarlıqla qeyd olunur, dahi rəhbərin əziz xatirəsi sonsuz məhəbbət hissi ilə yad edilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabanda Ulu öndərin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, dahi rəhbərə əbədi ehtiramlarını ifadə ediblər.
Əbədiyaşar Liderin Ədliyyə Nazirliyinin binasındakı büstü önünə də tər çiçəklər qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra nazirliyin rəhbərliyinin və kollektivinin, o cümlədən gənc ədliyyə işçilərinin iştirakı ilə Heydər Əliyev muzeyində anım mərasimi keçirilib.
Tədbirdə Ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən ətraflı bəhs olunub. Bu il 25 illiyini qeyd etdiyimiz müstəqilliyimizin xilaskarı olan Heydər Əliyev tərəfindən bütün sahələrdə köklü islahatların aparıldığı və Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyaraq dünyanın siyasi xəritəsində özünə layiqli yerini tutduğu qeyd olunub.
Həmçinin doğma Vətəninə və xalqına daim sədaqətlə xidmət edən Ulu öndər Heydər Əliyev haqqında xoş xatirələr bölüşülüb, dahi rəhbərin dövlət məmurları qarşısında vətənpərvərlik, sağlam mənəviyyat, qanunun aliliyinin daim uca tutulması ilə bağlı tələbləri bir daha vurğulanıb. Ümummilli liderin əsl dövlətçilik, idarəçilik və vətəndaşlıq məktəbi olan titanik fəaliyyətinin indiki və gələcək nəsillərə örnək olduğu, əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı bildirilib.
Mərasimdə Heydər Əliyevin yüksək dövlətçilik amallarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, yeni qlobal çağırışlara uyğun hərtərəfli islahatların həyata keçirilərək respublikamızın davamlı və sabit inkişafının təmin olunduğu vurğulanıb, ölkəmizin və Heydər Əliyev ideyalarının dünyada təbliğində Onun adını daşıyan Fondun müstəsna xidmətləri qeyd olunub.
Çıxış edənlər dahi liderin müəyyən etdiyi dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
Anım günü ilə bağlı ədliyyə qurumlarında tədbirlər keçirilib, nazirliyin Heydər Əliyev muzeyində Ümummilli liderin zəngin həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalarla tanış olunub, yaradılmış elektron məlumat lövhəsində fotoslaydlar və kinozalda filmlər nümayiş etdirilib, ehsan süfrəsi təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

