/ / Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi üçün kifayət qədər təkmil qanunvericilik bazası mövcuddur
Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi üçün kifayət qədər təkmil qanunvericilik bazası mövcuddur
13.06.2009 [08:27]
H.Orucov onu da qeyd edib ki, Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsi nəticəsində Azərbaycanda tolerantlıq mühiti qorunub saxlanılmaqdadır.
Zəngin tarixə malik dini abidələrimizin bərpası istiqamətində görülən işlərdən danışan H.Orucov Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə Bibiheybət, Təzəpir, Əjdərbəy və digər məscidlərdə böyük quruculuq və bərpa işlərinin aparıldığını xatırladıb. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması, tarixi-mədəni abidələrimizin bərpası istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü layihələr haqqında da söz açan H.Orucov, Fondun maliyyə dəstəyi ilə Əzizbəyov rayonunun Binə qəsəbəsində Möhsin Səlim və İmam Rza məscidlərində, həmçinin, Mərdəkan qəsəbəsində Pirhəsən ziyarətgahında, Gəncə şəhərində Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və bərpa işlərinin başa çatdırıldığını bildirib.
Komitənin din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, eləcə də dövlət qurumları ilə icmalar arasında qarşılıqlı etimad mühitinin yaradılması məqsədilə apardığı ardıcıl tədbirlərdən danışan H.Orucov cəmiyyətin maarifləndirilməsi üçün görülən işlərin həcminin və miqyasının xeyli genişləndiyini də diqqətə çatdırıb. Komitə rəhbəri DQİDK-nın Mərkəzi Aparatında və ölkənin bütün şəhər və rayonlarında “Prezident seçkisi-2008: dindarlar seçici kimi”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Qeyri-ənənəvi dinlər və təriqətlər”, “çağdaş Azərbaycan cəmiyyəti: mövcud dini problemlər”, “Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklər dindarların gözü ilə” aktual mövzularda ümumilikdə 260-a yaxın seminar-treninq keçirildiyini vurğulayıb.
Azərbaycan əhalisinin 96 faizinin müsəlmanlardan ibarət olduğunu bildirən H.Orucov DQİDK-da qeydiyyatdan keçən dini qurumların sayının 534-ə çatdığını deyib. Onlardan 157-sinin son iki ildə qeydiyyata alındığını, bu icmalardan 156-nın İslam, 1-nin isə Sumqayıt şəhər “Kübar” qeyri-İslam təmayüllü yəhudilər icması olduğunu söyləyib.
Qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışan H.Orucov son iki ildə ekspertizaya təqdim olunan dini kitabların sırasında zərərli dini ədəbiyyatların azaldığını söyləyib.
Prezident İlham Əliyevin 29 may 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında imzaladığı Fərmanın dini etiqad azadlığının tam təmin olunmasına, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsinə və dözümlülük mühitinin daha da möhkəmləndirilməsinə müsbət təsir göstərəcəyini söyləyən H.Orucov mətbuatda yer alan və ictimaiyyəti narahat edən bir sıra məsələlərə də aydınlıq gətirib.
TURANƏ
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45

