/ / Abşeron: 500 min sakin və rayonda məskunlaşan məcburi köçkünlər kütləvi pulsuz tibbi müayinədən keçiriləcək
Abşeron: 500 min sakin və rayonda məskunlaşan məcburi köçkünlər kütləvi pulsuz tibbi müayinədən keçiriləcək
03.03.2017 [09:44]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə əhalinin profilaktik müayinəsi davam edir. Xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təmin etmək məqsədi daşıyan aksiya Abşeron rayonunda da yüksək səviyyədə təşkil olunub. Kütləvi pulsuz tibbi müayinələrin aparılması üçün Abşeron rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, qrafik tərtib edilib. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət həkim briqadaları yaradılıb.
AZƏRTAC xəbər verir ki, əhalinin profilaktik müayinəsi rayonun 4 tibb müəssisəsində - Abşeron Rayon Mərkəzi Poliklinikası, uşaq poliklinikası, Saray qəsəbə xəstəxanası və Mehdiabad həkim ambulatoriyasında həyata keçirilir. Tərtib edilmiş qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən səhiyyə ocaqlarında 500 min sakin və rayonda məskunlaşan məcburi köçkünlər pulsuz tibbi müayinədən keçəcək.
Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr müəyyənləşdirilib və lazımi tibbi ləvazimatlarla təmin olunub. Əhali yerli telekanal və qəzetlər vasitəsilə tibbi müayinələrin aparılması barədə ətraflı məlumatlandırılıb. Bununla yanaşı, rayonun kənd və qəsəbələrində profilaktik tibbi müayinələr barədə məlumatlar yayılıb, elanlar asılıb.
Tibbi müayinələr üçün müraciət edən hər bir pasiyent qeydiyyatdan keçirilir və həkim-mütəxəssislər tərəfindən ilkin müayinə aparılır. Ehtiyac yarandıqda pasiyentlərə köməkçi - instrumental tibbi müayinə tətbiq edilir və lazım gəldikdə, digər mütəxəssislərlə konsultasiya olunurlar.
Fevralın 15-dən martın 1-dək 27 min 100 nəfər tibbi müayinədən keçirilib. Müayinə zamanı 215 nəfər ambulator, 78 nəfər isə stasionar müalicəyə cəlb olunub.
Dövlətimizin başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanır və kütləvi tibbi müayinəyə böyük həvəslə gəlirlər. Müayinədən keçənlər xeyirxah aksiyanı yüksək qiymətləndirir, qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

