Avstriyanın ali məktəbləri Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa maraq göstərir
19.07.2017 [08:53]
Avstriyanın ali məktəbləri SOCAR-ın təsis etdiyi Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa açıqdırlar.
Bu fikir SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin Avstriya Respublikasının federal ailə və gənclər naziri Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə səsləndirilib.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Gerald Gerstbauer, Avstriya federal nazirinin kabinet rəisi Maria Han-Blaybtroy, federal nazirin kabinetinin Avropa İttifaqı və beynəlxalq əlaqələr üzrə əməkdaşı Ştefani Qnesda və başqa rəsmi şəxslər də iştirak edib.
SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Azərbaycanın qədim neft diyarı olduğunu söyləyib, dənizdə neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirib. Qonaqlara son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında ətraflı məlumat verilib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açılıb.
Görüşdə Azərbaycan qazını Avropa ölkələrinə nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin beynəlxalq dəstək qazandığı vurğulanıb. R.Hüseynzadə, eyni zamanda, Azərbaycanda ekoloji hərəkatın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini qeyd edib. O, son illərdə SOCAR tərəfindən həyata keçirilmiş uğurlu ekoloji layihələr, bu sahədə BMT, Dünya Bankı ilə həyata keçirilmiş beynəlxalq əməkdaşlıq, eləcə də planlaşdırılan işlər haqqında qonaqlara geniş məlumat verərək bildirib ki, SOCAR atmosferə atılan qaz həcmlərinin azaldılması istiqamətində BP və Dünya Bankı ilə birlikdə bir sıra uğurlu layihələrə imza atıb. SOCAR tərəfindən gənclər üçün həyata keçirilən kadr hazırlığı proqramlarından və kadr siyasətində gender bərabərliyindən bəhs edən R.Hüseynzadə Azərbaycanda bu məsələlərə böyük önəm verildiyini söyləyib.
Avstriya Respublikasının federal ailə və gənclər naziri Sofi Karmasin görüş üçün təşəkkürünü bildirib və Azərbaycan və Avstriya arasında ikitərəfli əlaqələrin getdikcə genişləndiyini vurğulayıb. S.Karmasin və nümayəndə heyətinin üzvləri iki ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə edib, Azərbaycanda sosial və iqtisadi sahədə aparılan islahatları, habelə sosial-iqtisadi inkişaf proseslərində qadınların kişilərlə bərabərhüquqlu iştirakının təmin olunması, gənclərin məşğulluğu istiqamətində görülən işləri yüksək dəyərləndirib.
S.Karmasin Avstriyanın ali məktəblərinin SOCAR-ın təsis etdiyi BANM ilə əməkdaşlığa açıq olduqlarını söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

