Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qubada “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda seminar-treninq keçirilib

Qubada “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda seminar-treninq keçirilib

30.11.2017 [10:17]

Noyabrın 27-də Qubada Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycan Mətbuat Şurasının və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda seminar-treninq keçirilib. Seminar-treninq KİV-in milli-mənəvi, dini dəyərlərimizin, multikultural və tolerant ənənələrimizin qorunması və təbliği prosesinə cəlb olunması, həmçinin dini mövzuda yazan jurnalistlərin maarifləndirilməsi, peşəkarlıqlarının artırılması məqsədilə təşkil olunub.
DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli seminar-treninqdə “Din-media münasibətləri: beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Qərb mediasında müsəlman imicinin formalaşdırılması, söz və informasiya azadlığının qorunması məsələlərindən söz açan N.Məmmədli müasir sosial medianın dünyada dinin rolunun dəyişməsində xüsusi yeri olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çoxkonfessiyalı ölkədir və burada ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir.
Eyni zamanda, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini önə çəkərək bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrimizin fəaliyyəti önəmlidir: “Jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları düzgün çatdırmalıdırlar. Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq”.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı çıxışında vurğulayıb ki, Azərbaycanda bütün ənənəvi dinlərin ibadət yerləri, məscidlər, kilsələr, sinaqoqlar və s. var və insanlar sərbəst şəkildə ibadətlərini, dini ayinlərini yerinə yetirə bilirlər. Müstəqillik dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanması, təbliği, tarixi-dini abidələrin bərpasına xüsusi önəm verilir.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 421 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31