Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərbaycanın İntellektual Birincisi” layihəsinin Naxçıvan turniri başa çatıb

“Azərbaycanın İntellektual Birincisi” layihəsinin Naxçıvan turniri başa çatıb

02.12.2017 [19:21]

“Azərbaycanın İntellektual Birincisi” layihəsinin Naxçıvan turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovun çıxışları olub.
Çıxışlarda ölkəmizdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin uğurla həyata keçirildiyi qeyd edilib, “Azərbaycanın İntellektual Birincisi” layihəsinin ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bilik və bacarıqlarının artırılması, beynəlxalq intellektual yarışlara hazırlanmasıdır.
Sonra turnirin oyunlarına start verilib.
Turnir çərçivəsində muxtar respublikanın bütün bölgələrindən 8 komanda 4 intellektual oyunda – “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap” və “Vətəni tanı” bilik yarışlarında qüvvələrini sınayıblar. “Xəmsə” və “Nə? Harada? Nə zaman?” bilik yarışlarının qalibləri Naxçıvan şəhərini təmsil edən komandalar olub. “Axtar tap” bilik yarışında Kəngərli rayonunun komandası, “Vətəni tanı” bilik yarışında isə Şahbuz rayonunun komandası qalib gəlib.
Oyunların nəticələrinə görə qalib komandalar dekabrın 5-6-da Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, “Azərbaycanın İntellektual Birincisi” layihəsinin Naxçıvan turniri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31