“Bakcell” daha bir sosial layihəyə start verib
28.03.2018 [10:03]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) ilə birlikdə yeni bir sosial layihənin icrasına başlayıb. Altı ay davam edəcək bu layihənin əsas məqsədi həssas əhali qruplarında sosial sahibkarlıq bacarıqlarının artırılması üçün portalın yaradılmasıdır.
Layihə çərçivəsində əlverişsiz sosial şəraitdə yaşayan, lakin sahibkarlıq və praktik bacarıqları olan şəxslərin iş tapmasına və ya onların məhsul və xidmətlərinin geniş kütləyə çatdırılmasına dəstək göstəriləcək. Bu təşəbbüs müəyyən müddətdən sonra həmin şəxslərin sosial rifahının yüksəlməsinə və onların cəmiyyətə uğurlu inteqrasiyasına xidmət edəcək.
Layihənin xüsusi internet səhifəsində layihə iştirakçıları üçün şəxsi profil yaradılacaq və həmin səhifə vasitəsilə onlar öz məhsul və xidmətlərini potensial müştərilərə təqdim və təklif edə biləcəklər. Həmçinin işəgötürən şirkətlər qeyd olunan sayta daxil olmaqla iştirakçıların CV məlumatları ilə tanış olub onlarla birbaşa əlaqə yaratmaq imkanına malik olacaqlar. Layihə iştirakçılarına iş tapmaq və yaxud öz məhsul və xidmətlərini satmaq imkanını yaratmaqla yeni portal onlar üçün sosial rifahın yüksəldilməsi və cəmiyyətə uğurlu və sürətli inteqrasiyası üçün lazımi şəraitin yaradılmasını təmin edəcək.
Yüz nəfərə yaxın iştirakçını əhatə edəcək bu layihənin ilkin mərhələsində təşkilatçılar portalda yerləşdiriləcək məhsul və xidmətləri təklif edən həssas əhali qruplarının nümayəndələrini müəyyən edəcəklər.
“Özünün geniş miqyaslı korporativ sosial məsuliyyət proqramı ilə tanınan “Bakcell” şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər həssas əhali qruplarına aid insanlara dəstək göstərmək və onların rifahını yüksəltmək üçün yeni imkanlar axtarır. Yeni layihə vasitəsilə biz əlverişsiz sosial şəraitdə yaşayan insanlara iş tapmaqda və öz məhsul və xidmətlərini təklif etməkdə dəstək göstərəcəyik”, - deyə “Bakcell” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.
Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) Azərbaycan Respublikasında sosial və ictimai psixologiya araşdırmalarının təşviq edilməsi məqsədilə ictimai elmlər peşəkarları tərəfindən yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

