Ağdamda seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün lazımi şərait yaradılıb
28.03.2018 [10:07]
Ağdam rayonunda aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun olaraq davam etdirilir.
119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dairənin tərkibinə daxil olan 42 seçki məntəqəsi üzrə 42 min 224 seçici qeydə alınıb. Seçicilərdən 753 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 204-nün 18 yaşı bu il tamam olub. Seçicilərin 1295 nəfərinin yaşı 80-100, 4 seçicinin yaşı isə 100-dən artıqdır. 21 saylı seçki məntəqəsində qeydə alınmış 1902-ci il təvəllüdlü Mənzər Həsənova rayonun ən yaşlı seçicisidir.
Prezident seçkilərinin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki məntəqələrinin hamısında cari təmir işləri aparılıb. Bütün məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək beynəlxalq və yerli müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədilə treninq və ixtisaslaşdırılmış kurslar keçirilib. Seçkiqabağı təşviqatın aparılması məqsədilə müvafiq yerlər ayrılıb, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr qoyulub.
“Təqvim planı”na uyğun olaraq hazırda seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər paylanılır, müşahidəçilərin qeydə alınması davam etdirilir. Bu günədək 392 müşahidəçi dairə seçki komissiyasında qeydiyyatdan keçib.
Bu əhəmiyyətli prosesdə məntəqə seçki komissiyalarının da üzərinə böyük məsuliyyət düşür. Dairə üzrə digər məntəqələrdə olduğu kimi, Bənövşələr qəsəbəsi 2 saylı orta məktəbdə yerləşən 21 saylı məntəqədə də seçkilərə hazırlıq işləri yekunlaşıb.
Məntəqə seçki komissiyasının sədri Tünzalə Vəliməmmədova bildirib ki, dəqiqləşdirilmiş son siyahıya əsasən 1357 seçici qeydə alınıb. Onlardan 12-si səsvermədə ilk dəfə iştirak edəcək gənclərdir. Məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb, tibb otağı, uşaqlı analar üçün otaqlar təşkil edilib. Seçici siyahıları, çağırış plakatları seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb. Məntəqə səsvermə kabinələri, seçki qutuları ilə təmin olunub, bildirişlər hazırlanıb. Səsvermə gününə 7 gün qalanadək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin seçicilərə paylanması başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

