Heydər Əliyev ideyaları Naxçıvan Muxtar Respublikasının inkişafının təminatçısıdır
23.05.2018 [09:37]
Məlum olduğu kimi müasir güclü Azərbaycan dövləti məhz Heydər Əliyev siyasətinin, uzaqgörənliyinin və ideyalarının ən gerçək nəticəsidir. Məhz Onun həmişəyaşar ideyaları ayrılıqda hər bir vətəndaşın, bütövlükdə isə böyük bir xalqın maraqlarını və mənafeyini ifadə edir.
Özünün müdrik və uzaqgörən fəaliyyəti ilə dövlət quruculuğunun ən üstün mexanizmlərini formalaşdıran dahi rəhbər çox böyük xalq və millət sevgisi qazandı. Həmin sevgi ilə tənəzzüldən tərəqqiyə, böhrandan inkişafa, yox olmadan var olmağa doğru olan yolda qətiyyətli addımlar atdı. Eyni zamanda, iqtisadi quruculuq proseslərinin düzgün istiqamətləndirilməsinə diqqət göstərməklə, onun daha çox regional və milli mahiyyətinin yüksək olmasına təminat yaratdı.
Bu bir həqiqətdir ki, müstəqilliyin ilk illərində Azərbaycan Respublikasının regional iqtisadi inkişaf proseslərindəki uğurlarında Naxçıvan Muxtar Respublikasının zəruri yeri və rolu vardır. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq, muxtar respublikadan iqtisadi islahatların başladılması və bazar münasibətlərinə xas olan idarəetmənin təşkili yeni təsərrüfatçılıq üçün sağlam mühitin yaranmasına səbəb oldu. Bu isə istehsal və istehlak münasibətlərinin, eləcə də bu sahədəki davranışların ən səmərəli təşkilinə imkanlar açdı. Hüquqi və iqtisadi əsasları təmin edilən yeni təsərrüfat formalarının təsisatı həmin dövrlərdə muxtar respublikada keçid dövrünü etibarlı inkişaf mərhələsi olaraq təşkilatlandırdı.
Məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər muxtar respublikanın ölkənin milli iqtisadi quruculuq proseslərindəki rolunu daha da sürətləndirdi. Əldə edilən iqtisadi güc keçid etdiyimiz iqtisadi sistemin də fundamental məsələlərinin həllinə yönəldi, bu sahədəki problemlərin aradan qaldırılmasında mühüm vasitə oldu.
Ümummilli liderin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasından başlanan islahatlar müstəqil dövlətin milli iqtisadiyyatı üçün əsaslandırılmış proqram oldu. Onu sonrakı mərhələlərdə özünü göstərə biləcək sosial bəla və sıxıntılardan qorudu. Aydındır ki, milli iqtisadiyyatlar üçün sosial bəla kimi çıxış edən mühüm amillərdən biri işsizlikdir. Məhz milli liderin qurduğu milli iqtisadiyyat işsizliklə mübarizədə sarsılmaz müqavimət gücünə malik oldu.
Artıq keçən müddət ərzində Naxçıvan Muxtar Respublikasında müdrik ideyalara sadiq qalaraq həyata keçirilən tədbirlər bütövlükdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün stimul mənbəyinə çevrildi. Buna görə də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər makroiqtisadi proseslərin həmin sosial bəlaya qarşı dayanıqlılıq gücünün artırılmasından ibarət olub, rifahın və firavanlığın təmin edilməsində qətiyyətli addımlara çevrildi. Bu sahədə muxtar respublika Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlarla 30 may 2007-ci il tarixində Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər), 18 dekabr 2013-cü ildə 2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı, 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və digər hüquqi-normativ aktlar təsdiq edildi. Təbii ki, bütün bunlar muxtar respublikada məşğulluq imkanlarının artırılması, nəticə etibarı ilə isə işsizliyin məhdudlaşdırılması sahəsində strateji mərhələnin əsaslarını yaratmış oldu.
Bu tənzimləmələr müasir iqtisadi şəraitin ən ciddi problemlərinin aradan qaldırılmasına yönəldilmiş, dövlətin sosial-iqtisadi prioritetlərinin dolğun ifadəsi olan, əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədlərini özündə əks etdirən, bununla da sağlam milli iqtisadiyyata yönəldilmiş tədbirlərin məcmusudur. Bu mənada Naxçıvan Muxtar Respublikasının məşğulluq potensialının artırılması istiqamətində modern inkişaf yolunu seçməsi və sosial dayanıqlılığın təmin edilməsinə doğru inamla irəliləməsi ciddi nəticələri ilə xarakterizə edilməlidir. Aşağıdakı şəklə diqqət edərkən görünür ki, işsiz vətəndaşların münasib işlə təmin edilmələri sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində artıq 2006-cı ildən etibarən işsizlərin sayında azalma özünü göstərməkdədir:
Şəkildən görünür ki, işsizlərin sayındakı azalma muxtar respublikanın sosial siyasətinin strateji hədəflərini təşkil etmiş və bu sahədə güclü iradə nümayiş etdirilmişdir. Digər tərəfdən, Ümummilli lider Heydər Əliyevin elə məhz Naxçıvandan başlatdığı müasir islahatlara sadiq qalaraq yeni dövrdə də onun innovativ proseslərin ardıcıllığı naminə davam etdirilməsi sosial dayanıqlılığın ən bariz göstəricisinə çevrilmiş və bu, özünü digər sahələrlə yanaşı, işsizlərin sayındakı minimum səviyyənin təminatında göstərmişdir. Ölkənin milli iqtisadiyyat üzrə perspektivlərini nəzərə almaqla düzgün istiqamətləndirilməsinin, sosial-iqtisadi inkişafın dinamikliyinin təmin edilməsi məqsədilə qəbul edilən qərarların, qanunların, layihələrin, Sərəncam və fərmanların, Dövlət proqramlarının, konsepsiyaların, strategiyaların, yol xəritələrinin və digər hüquqi tənzimləmə vasitələrinin muxtar respublikada düzgün və qətiyyətli icra mexanizmlərinin mövcudluğu sözügedən sahədə möhkəm dayaqlar formalaşdırmışdır. Bütün bunların da nəticəsində iqtisadiyyat bazar münasibətlərinə xas qanun və tələblər əsasında daha da möhkəmlənmiş, sosialyönümlülük mexanizmləri özünə kök salmış, xüsusi mülkiyyət əsasında iqtisadi-istehsal münasibətləri daha da təkmilləşmişdir.
Dövlətin sosial siyasətinin səmərəlilik göstəricisi olan məşğulluq iqtisadi fəal əhalinin sayında öz ifadəsini tapmaqdadır.
Bütün bunlar Naxçıvan Muxtar Respublikasının Ulu öndər Heydər Əliyev ideyalarından bəhrələnməklə əldə etdiyi böyük sosial-iqtisadi inkişaf göstəricilərinin, sadəcə, bir hissəsidir. Qeyd edə bilərik ki, bunlar, eyni zamanda, hazırkı dövrdə Azərbaycan dövlətinin uzaq gələcək üzrə müəyyən etdiyi prioritetlər üçün strateji bazadır. Təbii ki, bu isə muxtar respublikada makroiqtisadi inkişaf üçün hərəkətverici qüvvəyə çevrilmiş və iqtisadiyyatın sahə strukturunun təşkilatlanmasına stimul vermişdir.
Bu gün Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişaf sahəsində inamla addımlamaqdadır. Əldə etdiyi bütün uğurlar Ulu öndərin görmək istədiyi inkişaf səviyyəsinə doğru yönəlmişdir. 2004-cü ildən ölkədə uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının da yaratdığı əlverişli imkanlar nəticəsində bu sahədə daha da güclü potensial formalaşmışdır. Aşağıdakı şəklin məlumatlarını təhlil edərkən aydın olur ki, bu məqsədlər istiqamətində qətiyyətli addım atan muxtar respublikada 1995-2017-ci illərdə:
1. əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul istehsalı 62 dəfə;
2. sənaye məhsulunun həcmi 106 dəfə;
3. əsas kapitala yönəldilən investisiyaların həcmi 330 dəfəyə yaxın;
4. kənd təsərrüfatının ümumi məhsulu 12 dəfə;
5. informasiya və rabitə xidmətləri 118 dəfədən çox;
6. pərakəndə əmtəə dövriyyəsi 46 dəfəyə yaxın;
7. əhaliyə göstərilmiş ödənişli xidmətlər 62 dəfəyə yaxın artmışdır.
Bunu aşağıdakı şəklin məlumatları da ifadə etməkdədir:
Beləliklə, Naxçıvan Muxtar Respublikası Ümummilli liderimizin anadan olmasının 95-ci ilində də böyük uğurlarına, güclənən sosial dayaqlarına, iqtisadi artımlarına davam etməkdədir. Bu göstəricilər ölkəmizdə iqtisadiyyatın çoxşaxəliliyinə və dinamik inkişafına stimul verməklə, onun perspektivliliyini daha da artırmaqdadır.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru,
dosent
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

