Nazir müavini: Toxumçuluğun inkişafı sahəsində ciddi tədbirlər görülür
08.08.2018 [09:11]
Hazırda ölkədə 5 toxumçuluq müəssisəsi tikilir. Onlardan 2-si bu il, 3 müəssisə isə növbəti ildə istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 7-də “Respublikada bitki sortlarının qeydiyyatı, toxumçuluğun mövcud vəziyyəti, problemlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən respublika müşavirəsində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Nazir müavini qeyd edib ki, ölkəmizdə toxumçuluğun inkişafı sahəsində ciddi tədbirlər görülür. Bu istiqamətdə Toxum Fondu yaradılıb, nizamnamə kapitalı müəyyənləşdirilib. Bundan başqa, pambıqçılığın inkişafı ilə bağlı Ucarda müasir tipli pambıqtəmizləmə zavodu yaxın zamanda istifadəyə veriləcək.
İ.Quliyev tərəvəzçilik sahəsinin də mühüm əhəmiyyət daşıdığını söyləyərək, tərəvəz toxumu ilə bağlı ölkə Prezidentinin Sərəncamı əsasında vəsait ayrıldığını və Tərəvəzçilik İnstitutunun bazasında böyük şəhərcik salındığını deyib. Onun sözlərinə görə, bununla da ölkədə tərəvəz toxumuna olan tələbat daxili istehsal hesabına tam ödəniləcək.
Nazir müavini bildirib ki, kənd təsərrüfatının istehsalı toxumdan başladığından toxumçuluğun inkişafı nazirliyin prioritet vəzifələrindən biridir və bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin tabeliyində 12 Regional Toxum Sertifikatlaşdırma laboratoriyasının yaradılması, onların müasir cihaz və avadanlıqlarla təchiz edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Diqqətə çatdırılıb ki, müşavirənin keçirilməsində əsas məqsədlərdən biri də bitki sortlarının qeydiyyatı, mövcud vəziyyət və problemləri müzakirə etməkdir.
Bitki Sortlarımın Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Respublikada toxumçuluğun mövcud vəziyyəti, problemlər və onun həlli yolları” mövzusunda məruzə ilə çıxış edib, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Müşavirədə, həmçinin özəl toxumçuluq təsərrüfatının inkişafı, mövcud problemlər və toxum istehsalında innovativ texnologiyaların tətbiqi ilə bağı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

