/ / Milli Aviasiya Akademiyasında yenidənqurmadan sonra “Aeronaviqasiya” kafedrası fəaliyyətə başlayıb
Milli Aviasiya Akademiyasında yenidənqurmadan sonra “Aeronaviqasiya” kafedrası fəaliyyətə başlayıb
13.09.2018 [09:23]
Milli Aviasiya Akademiyasında tədris ili ərəfəsində tam yenidənqurmadan sonra “Aeronaviqasiya” kafedrasının korpusu fəaliyyətə başlayıb.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 12-də AZAL-ın prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, professor-müəllim heyəti kafedrada yaradılmış şərait ilə tanış olub.
“Azərbaycan Hava Yolları” QSC-nin və onun struktur bölməsi olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) dəstəyi ilə kafedra müasir tələblərə uyğun tam müasirləşdirilib.
Kafedrada tədris prosesi üçün zəruri olan yeni interfeyslər və texnologiyalar tətbiq olunub. Kafedranın tədris proqramı beynəlxalq standartlara uyğunlaşdırılıb və ICAO Doc.10056 (“HHİ-nin dispetçerləri qismində təlim və qiymətləndirmə”) rəhbər prinsiplərinin tələblərini, Avropa uçuşların təhlükəsizliyi standartları (EASA), həmçinin mülki aviasiya mütəxəssislərinin hazırlığı və təlimi təşkilatlarına (ATO) dair Avropa komissiyasının №2015/340 reqlamentinin beynəlxalq standartlarını əks etdirir.
Eyni zamanda, Almaniya “DFS-Academy” Aeronaviqasiya Akademiyasının “DFS e-learning” auditoriyası istismara verilib. “DFS-Academy” tərəfindən həyata keçirilən məsafədən daxil olmaqla tədris proqramı 12 fənnə əsaslanır. Tədris bilavasitə “DFS-Academy”nin məlumat bazası vasitəsilə onlayn rejimdə həyata keçirilir.
Milli Aviasiya Akademiyası və Almaniya Aeronaviqasiya Akademiyası arasında əldə olunan razılaşmaya əsasən, Bakıda DFS Almaniya Aeronaviqasiya İnstitutunun yaradılması planlaşdırılır. Bu, milli kadrların peşəkar hazırlıq səviyyəsini artıracaq və bu ixtisas üzrə xarici tələbə axını cəlb edəcək.
İnstitut Hava Hərəkəti İdarəsi qülləsinin real imitasiyası və 360 dərəcə tam görünüş sahəsi ilə peşəkar 3D trenajorla təchiz olunacaq. Milli Aviasiya Akademiyasının müəllimləri bu tədris metodu çərçivəsində xüsusi hazırlıq keçəcək.
Qeyd edək ki, “Aeronaviqasiya” kafedrası 2008-ci ildən fəaliyyət göstərir və “Hava hərəkətinin idarə olunması” və “Aeronaviqasiya təminatı” ixtisasları üzrə bakalavr hazırlığını həyata keçirir. Həmçinin “Hava hərəkətinin idarə olunması mühəndisliyi” ixtisası üzrə magistr hazırlığını həyata keçirir. Hazırda kafedrada 117 tələbə təhsil alır.
Kafedranın müəllim heyətinə AZANS-ın aparıcı mütəxəssislərinin cəlb olduğunu nəzərə alaraq, mülki aviasiyanın bu mühüm sahəsinin tədris prosesinə real təcrübə təmin olunur.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

