“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
21.09.2018 [09:00]
“İki sahil” qəzetinin 20 Sentyabr - Neftçilər Gününə həsr olunmuş növbəti xüsusi buraxılışı çapdan çıxıb. 84 səhifəlik xüsusi buraxılış Azərbaycanın neft-qaz sənayesinin 24 ildə keçdiyi inkişaf yolunu, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın və onun struktur bölmələrinin fəaliyyətini əks etdirən maraqlı yazıları, fotoşəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.
Xüsusi buraxılışda Ümummilli liderin bugünkü uğurlarımıza inam və əminliyini ifadə edən bir tezisi qeyd olunur: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”.
Azərbaycan bu gün neft strategiyasının davamlı uğurlarını yaşayır. Xüsusi buraxılışda yer alan möhtərəm Prezident İlham Əliyevin bu fikri Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna, regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru atılan addımlara işıq salır: “Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır. Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir”.
SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin “SOCAR öz inkişafının yeni mərhələsinə qədəm qoyur” sərlövhəli yazısında Azərbaycanın enerji sektorunda qazandığı uğurlar təhlil edilərək, xüsusi vurğulanır ki, dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən strateji kursu və qarşımızda qoyduğu vəzifələr SOCAR-ı qlobal brend səviyyəsinə qədər yüksəltdi.
Məqalədə qeyd edilir ki, SOCAR indi daxili imkanları hesabına müasir dərin dəniz özülləri inşa edir, quraşdırır, istismar edir, dənizin böyük dərinliklərində qazma işlərini yerinə yetirir, ən müasir standartlar səviyyəsində sənaye müəssisələri qurur, böyük transmilli layihələrdə operator qismində iştirak edir, xarici bazarlara sərmayə yatırır.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Azərbaycanın neft və qaz strategiyası: genişlənən üfüqlər” sərlövhəli yazısında isə qeyd edilir ki, Ulu öndər Heydər Əliyevin qısa müddətdə işləyib hazırladığı neft və qaz strategiyası müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı iqtisadi böhranın aradan qaldırılmasında lokomotiv rolunu oynadı.
Yazıda “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində əldə olunan uğurlara, həyata keçirilən layihələrə bir daha diqqət yönəldilərək, ötən ilin sentyabrında “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinə dair 1994-cü ildə 30 il müddətinə bağlanmış sazişin, yəni “Əsrin müqaviləsi”nin vaxtının uzadılması haqqında yeni müqavilənin imzalanmasından geniş bəhs edilir.
Xüsusi buraxılışda SOCAR-ın ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr, qazandığı uğurlar ətraflı şəkildə ictimaiyyətə çatdırılır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

