"Azərsun Kənd Təsərrüfatı Məhsulları" müəssisəsinə media tur təşkil edilib
24.09.2018 [17:34]
Nazifə Söyləməz: "Azərsun Holdinq" məhsulların sağlamlığının və təbiiliyinin qorunması üçün ən müasir üsullardan istifadə edir
"Azərsun Holdinq" ölkənin aparıcı KİV nümayəndələri üçün Azərbaycanın ilk müasir kənd təsərrüfatı kompleksinə media tur təşkil edib. Media tur zamanı məlumat verilib ki, artıq 12 ildir uğurla fəaliyyət göstərən "Azərsun Kənd Təsərrüfatı Məhsulları" müəssisəsi 4500 hektar ərazini əhatə edir. İllərdir həm ölkəmizdə, həm də xaricdə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Bizim Tarla" markasının hazırlandığı məhsullar məhz bu sahələrdə yetişdirilir. Daha sonra yetişdirilən məhsullar təravətini itirmədən kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən Biləsuvar Konserv Zavoduna göndərilərək emal edilir. Kompleksdə həmçinin heyvandarlıq fermaları qurulub ki, burada iri və xırdabuynuzlu heyvanlar yetişdirilir.
Müəssisəyə dəvət olunan media mənsublarına bu ərazilərin əvvəl əkinə tamamilə yararsız olduğu bildirilib. "Azərsun Holdinq" tərəfindən rekultivasiya işləri aparılaraq drenaj xətləri çəkilib və ən müasir aqrotexniki avadanlıqlardan Azərbaycanda ilk dəfə istifadə olunaraq bu sahələrdən yüksək məhsuldarlıq əldə edilib. Media tur zamanı "Azərsun" Şirkətlər Qrupunun kənd təsərrüfatı sahəsindəki təcrübəsindən digər sahibkarlar və fermerlərin də yararlanaraq böyük uğurlar qazana biləcəyi qeyd olunub.
"Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov jurnalistlərin suallarını cavablandırarkən bu müəssisənin fəaliyyəti nəticəsində mövsümdə 2 mindən artıq insanın işlə təmin olunduğunu deyib. O, sözügedən müəssisənin yarandığı gündən ətraf ərazilərdə yaşayan insanların sosial-rifah halının yüksəlməsində də özünəməxsus rol oynadığını bildirib. A.Səfərov, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozalın kənd təsərrüfatı sahəsində bilik və təcrübəsinin şirkətlər qrupunun müvafiq sahədə uğurlu nəticələr əldə etməsində bilavasitə rol oynadığını qeyd edib.
Daha sonra jurnalistlərin suallarını cavablandıran bitkilərin qorunması üzrə mütəxəssis Nazifə Söyləməz kənd təsərrüfatı məhsullarına qulluğun, onların vaxtında zəruri dərmanlarla təmin edilməsinin vacibliyindən və bu işlərin xüsusi əhəmiyyətindən danışıb. Mütəxəssis bildirib ki, bu məsələyə kənd təsərrüfatı ilə məşğul olan bütün fermerlər çox həssas yanaşmalıdırlar, çünki bəzən kiminsə bu işə məsuliyyətsiz yanaşması digər kənd təsərrüfatı komplekslərində yetişdirilən məhsullara zərər verə bilir. Nazifə Söyləməzin sözlərinə görə, "Azərsun Holdinq" məhsulların sağlamlığının və təbiiliyinin qorunması üçün ən müasir üsullardan istifadə edir. Yetişdirilən məhsulların gübrə tələbatı da burada qurulmuş gübrə istehsalı müəssisəsi hesabına təmin olunur.
"Azərsun Kənd Təsərrüfatı Məhsulları"nın digər mütəxəssisi Bəxtiyar Səfərov isə müəssisənin Global Gap və dünyada böyük nüfuza malik digər sertifikatlara sahib olduğunu, hər il bu sertifikatların yenilənməsi istiqamətində zəruri addımların atıldığını bildirib. Müəssisəni ziyarət edən jurnalistlər əkin sahələrini gəzərək bütün proseslərlə əyani şəkildə tanış olub və keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin olunduğuna şahid olublar. Gəzinti zamanı media mənsublarına kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən qoyunçuluq və maldarlıq fermaları da nümayiş etdirilərək, məlumat verilib. Burada bəslənən ətlik heyvanlara yüksək səviyyədə qulluq edildiyini bildirən mütəxəssis Elvin Sadıqlı əldə olunan ət məhsullarının əsasən "Bazarstore" supermarketlər şəbəkəsində satışa çıxarıldığını bildirib.
Qeyd edək ki, keyfiyyətə nəzarətə və müştəri məmnuniyyətinə xüsusi həssaslıqla yanaşan "Azərsun Holdinq" mütəmadi olaraq istehsal müəssisələrinə jurnalistlər üçün media turlar və istehlakçılar üçün "açıq qapı" günləri təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

