RİİB müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına dair seminar keçirib
10.10.2018 [08:40]
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində oktyabrın 9-da seminar təşkil edib. Tədbirdə inklüziv təhsil sahəsində müəllim hazırlığı və ixtisasartırma proqramlarının, tədris vəsaitlərinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu ilin may ayından başlanan və 28 ay ərzində davam edəcək layihə çərçivəsində Bakı şəhəri, Quba, Şəki, Cəlilabad, Ağcabədi və Şamaxı rayonlarında inklüziv təhsil sahəsində müəllimlərin tədris imkanlarının və pedaqoji resurslarının təkmilləşdirilməsi nəzərdə tutulur. Layihədən orta ümumtəhsil məktəblərində çalışan 1000-dən çox ibtidai sinif müəllimi, eləcə də pedaqoji universitetlərdə təhsil alan 2000-dən çox tələbə faydalanacaq.
Seminarda beynəlxalq ekspert Marieke Stevens inklüziv təhsil və müəllimlərin peşəkar inkişafının konseptual çərçivəsi, eləcə də layihənin müəllim hazırlığı sahəsində strateji yanaşması və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.
Eyni zamanda, beynəlxalq ekspert Marieke Stevensin iştirakı ilə inklüziv təhsilin inkişafına dair strateji planın hazırlanmasına başlanılıb. Layihənin icra strategiyasının ilkin variantı, təhsil və müəllimlərin peşəkar inkişaf məsələləri Təhsil Nazirliyinin müvafiq strukturlarının rəhbərləri ilə görüşdə müzakirə olunub.
Qeyd edək ki, layihə çərçivəsində inklüziv təhsil üzrə modullar hazırlanaraq ilkin pedaqoji, eyni zamanda, ixtisasartırma təhsilinin standartlarına inteqrasiya edilməsi, bu sahədə qanunvericiliyin BMT-nin Uşaq hüquqları haqqında Konvensiyaya uyğunlaşdırılması ilə bağlı təkliflərin, müvafiq tədris vəsaitlərinin hazırlanması, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarında 6 İnklüziv Resurs Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər müəllim və tələbələrin inklüziv təhsil sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin maarifləndirilməsi istiqamətində daimi fəaliyyət göstərəcək.
Ötən müddət ərzində layihə komandası tərəfindən inklüziv təhsil sahəsində ehtiyacların və gələcək fəaliyyətlərin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlarla müzakirələr aparılıb, regionlarda inklüziv təhsil sahəsində mövcud resurslar və müxtəlif hədəf qrupları (ekspertlər, valideynlər, müəllimlər və tələbələr) arasında sorğular keçirilərək onların bilik və məlumatlılıq səviyyələri qiymətləndirilib. Regionlarda fəaliyyətin əlaqələndirilməsi məqsədilə seçilmiş koordinator və təlimçilər üçün Təhsil Nazirliyinin tabeliyində olan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə birgə inklüziv siniflərdə təlimin təşkilinə dair seminarlar təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

