İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib
19.10.2018 [08:59]
Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun yaranmasının 60 ili tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 18-də AMEA-da “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək dünya şöhrətli siyasi xadim, Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə gül-çiçək düzülüb.
Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Milli Məclisin deputatlarının, ali məktəb rektorlarının, xarici ölkələrdən tanınmış iqtisadçı alimlərin iştirak etdikləri konfransı AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Elmimizin inkişafına mühüm töhfələr verən İqtisadiyyat İnstitutunun respublikada sosial-iqtisadi problemlərin həlli sahəsində əhəmiyyətli rolundan danışan alim kollektivi bu əlamətdar gün münasibətilə təbrik edib.
İqtisadiyyat İnstitutunun ötən dövrdəki nailiyyətlərini qeyd edən AMEA-nın prezidenti onun fəaliyyətini yüksək qiymətləndirib, bundan sonra da ölkə iqtisadiyyatının sürətli inkişafına güclü təsir göstərəcəyinə əminliyini ifadə edib. A.Əlizadə bildirib ki, hazırda bu institut ölkəmizdə iqtisadi tədqiqatların əsas əlaqələndiricisi, iqtisad elmimizin flaqmanıdır. Altmış il ərzində İqtisadiyyat İnstitutu böyük və şərəfli yol keçib.
AMEA-nın prezidenti Ümummilli lider Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən söz açaraq, ölkəmizdə qazanılan uğurların təməlində məhz Ümummilli liderin uğurlu sosial-iqtisadi strategiyasının dayandığını qeyd edib.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu artıq 15 ildir Prezident İlham Əliyevin uğurla davam etdirdiyini söyləyən A.Əlizadə dövlətimizin başçısının 2018-ci il 16 oktyabr tarixli sərəncamları ilə iqtisad elminin inkişafındakı xidmətlərinə görə İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşının dövlət mükafatları ilə təltif olunduğunu diqqətə çatdırıb. O, bu ali diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Yubiley tədbirində İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov son illər rəhbərlik etdiyi elmi müəssisənin həyatında baş verən yeniliklərdən, əldə olunan nəticələrdən və həyata keçirilən məqsədyönlü islahatlardan, xarici elmi dairələrin diqqətini çəkən fundamental tədqiqatlardan söhbət açıb.
Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tofiq Hüseynov, Çin Sosial Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Elmi Şurasının sədri, professor Pei Çanhunq, Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü Vladimir Papava, Ukrayna Milli Elmlər Akademiyası İqtisadiyyat və Proqnozlaşdırma İnstitutunun direktoru, akademik Valeri Qeyets, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və başqaları çıxış edərək kollektivi yubiley münasibətilə təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbir çərçivəsində İqtisadiyyat İnstitutu ilə bir neçə xarici elmi mərkəz arasında birgə tədqiqatların aparılması məqsədilə əməkdaşlıq müqavilələri imzalanıb, həmçinin gənc iqtisadçılar arasında keçirilmiş elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bundan başqa, Çin Sosial Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Elmi Şurasının sədri Pei Çanhunqa AMEA İqtisadiyyat İnstitutunun fəxri doktoru diplomu təqdim edilib.
Konfrans işini “İqtisadi artımın təmin edilməsi”, “İqtisadi fəaliyyət sahələri və sosial müdafiə sistemi” və “Sosial rifahın yaxşılaşdırılması” bölmələri üzrə davam etdirib. Bölmə iclaslarında iqtisadiyyatın müxtəlif sahələri üzrə alim və mütəxəssislərin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33

