Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirilib
20.10.2018 [10:19]
Oktyabrın 19-da Azərbaycan Ağsaqqallar Şurası “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali dövləti fəaliyyətini əks etdirən film nümayiş olunub.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yorulmaz fəaliyyət göstərib. Ümummilli lider ikinci dəfə hakimiyyətə qayıdandan sonra Azərbaycan bütün sahələrdə inkişaf yoluna qədəm qoydu. Bu yolla addımlayan Azərbaycan böyük uğurlara nail oldu, müstəqil ölkə kimi beynəlxalq aləmdə nüfuz qazandı. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyəti, həyata keçirdiyi müstəqil siyasət ölkəmizi daha da qüdrətləndirdi. Son 15 ildə Prezident İlham Əliyev ölkəmizin inkişafı üçün gərgin əmək sərf edib. Dövlətimizin başçısının Vətən, xalq sevgisi Azərbaycanı parlaq gələcəyə aparır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artır. Bu uğurlara Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük səyləri nəticəsində nail olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin ölkəmizdə elmin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. O deyib ki, Ulu öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan dünyada böyük nüfuza malik bir ölkəyə çevrilib. Artıq Azərbaycan alimləri dünyanın nüfuzlu elm adamları ilə birgə fəaliyyət göstərirlər. Bu uğur ölkədə elmə ayrılan diqqətin əyani göstəricisidir.
Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmlənməsi, ölkəmizin inkişafı istiqamətində Ulu öndər Heydər Əliyevin böyük xidmətlərini qeyd edib. O vurğulayıb ki, Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu gün ölkəmizdə sürətli inkişaf gedir. Azərbaycanın yol və nəqliyyat infrastrukturu modernləşdirilib, müasir məktəblər, xəstəxanalar tikilib istifadəyə verilib.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dövlət müstəqilliyimizin tarixindən danışıb. O deyib ki, 27 yaşlı müstəqil Azərbaycan Respublikası çox ağır mərhələlərdən keçib. Müstəqilliyimizin ilk illərində ölkəmiz olduqca çətin vəziyyətlə üz-üzə qalmışdı. Məhz Ulu öndər Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycan ağır böhrandan xilas oldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizdə sabitlik, tərəqqi hökm sürür.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev qeyd edib ki, müstəqilliyinin ilk illərində böyük təlatümlər yaşayan Azərbaycan 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra uğurlu inkişaf mərhələsinə qədəm qoydu. İllər keçdikcə ölkəmizin dünya birliyindəki siyasi çəkisi, iqtisadi gücü daha da artmağa başladı. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində bu inkişaf şaxələndirildi, dövlət müstəqilliyimiz daha da möhkəmləndi. Ötən 27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib.
AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyev, Xalq şairi Nəriman Həsənzadə, akademik Vasim Məmmədəliyev və digərləri son 15 ilin şanlı zəfər salnaməsindən danışıblar. Bildirilib ki, bu gün ağsaqqalların qarşısında duran ən mühüm vəzifə Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı və Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən müstəqil dövlətimizi inkişaf etdirmək istiqamətində həyata keçirilən siyasi kursa dəstək verməkdir.
Tədbirin sonunda bir qrup ağsaqqala fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19

