AMEA-da VI Bakı Beynəlxalq Humanitar Forumunun İrandan olan nümayəndələri ilə görüş keçirilib
27.10.2018 [10:56]
Oktyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İran nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlara rəhbərlik etdiyi qurum haqqında məlumat verən AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyada elmin prioritet istiqamətlərində aparılan araşdırmalardan, əldə olunan nəticələrdən və nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq əlaqələrindən danışıb.
Akademik humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş müzakirələr aparmaq üçün beynəlxalq platforma olan humanitar forumun əhəmiyyətindən söz açıb. Forumun regional əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verdiyini qeyd edib.
Akademik A.Əlizadə əvvəlki forumlarda da görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirak etdiyini vurğulayaraq onlarla AMEA alimlərinin görüşlərinin keçirildiyini bildirib. AMEA-nın rəhbəri Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanı xatırladaraq, sənədin region ölkələri ilə müştərək tədqiqatların aparılması, birgə elmi proqramların həyata keçirilməsi üçün imkanlar açdığını deyib.
İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun prezidenti, professor Məhəmməd Mehdi Məzahiri göstərilən qonaqpərvərliyə, həmçinin Forumun yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü bildirib. O, İran və Azərbaycanın elm və mədəniyyət mərkəzləri arasında əlaqələrin bundan sonra da genişləndirilməsi və bu yöndə səmərəli təkliflərin nəzərə alınması baxımından Forumun mühüm rol oynadığını vurğulayıb. M.M.Məzahiri, həmçinin gələcəkdə İranın tanınmış elmi jurnallarında Azərbaycan alimlərinin tədqiqatlarını əks etdirən məqalələrin dərc edilməsinin zəruriliyini söyləyib.
İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşemi və İran parlamentinin deputatı Məsumə Ağapur Əlişahi görüşdən məmnun olduqlarını ifadə ediblər. Forumun işini çox yüksək qiymətləndirən qonaqlar burada dünyanın ən nüfuzlu elm-siyasət, mədəniyyət adamlarının iştirak etdiklərini bildiriblər.
M.A.Əlişahi Azərbaycanla bağlı təəssüratlarını bölüşərək ölkələrimizin xalqlarını mədəniyyət, ənənələr və dinin birləşdirdiyini deyib.
Görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rəyasət Heyəti aparatının beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Gündəm
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42

