“Skandinaviya-Azərbaycan əlaqələrində gənclərin rolu” mövzusunda konfrans təşkil edilib
30.10.2018 [08:38]
Oktyabrın 29-da “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “Skandinaviya-Azərbaycan əlaqələrində gənclərin rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev tədbirdə İsveçdə, Norveçdə və ABŞ-da yaşayan 20-dən çox gəncin iştirak etdiyini deyib. Bildirib ki, gənclərin Azərbaycana bu səfərinin əsas məqsədi ölkəmizi tanıtmaq, müstəqil dövlətimizin yürütdüyü daxili və xarici siyasətin mahiyyətini, onun iqtisadi, turizm potensialını, tarixini, mədəniyyətini, ən əsası, gənclərin necə yaşamasını, təhsil almasını onlara göstərməkdən ibarətdir.
Sonra İlkin Əliyev Gənc Politoloqlar Mərkəzinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, təşkilat gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində, milli-mənəvi dəyərlərimizin təbliğində fəal iştirak edib. Dövlət və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edən qurum Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun qrant layihələri əsasında respublikamızda bir çox layihələr həyata keçirib.
Konfransda iştirak edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev tədbirin əhəmiyyətindən danışıb. O, bu konfransın əslində dostların görüşü olduğunu deyib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, dünyanın müxtəlif yerlərindən gənclərin Azərbaycana gəlmələri, burada görülən işlərlə yaxından tanış olmaları çox əhəmiyyətlidir. O, əmin olduğunu bildirib ki, qonaqlar Azərbaycandan öz ölkələrinə xoş təəssüratlarla qayıdacaqlar. Bu konfransda iştirak edən hər bir gənc öz ölkəsində Azərbaycanın elçisi rolunu oynayacaq.
Baş redaktor gənclərə Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizdəki multikultural və tolerant mühit barədə ətraflı məlumat verib.
İsveçin “UMAF” Gənclər Təşkilatının sədri Siavoş Derakhti xarici gənclərin Azərbaycana səfərinin və keçirilən konfransın önəmini qeyd edib. O, rəhbərlik etdiyi təşkilatın gördüyü işlər barədə də tədbir iştirakçılarına məlumat verib.
“SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev Azərbaycanın inkişafı, ölkəmizdə mətbuat sahəsinə dövlətin göstərdiyi diqqət və qayğı barədə danışıb. O bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda mətbuatın inkişafında yeni mərhələ başlandı. Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Digər çıxış edənlər Azərbaycan dövlətinin daxili və xarici siyasəti, ölkəmizdə mövcud olan dini tolerantlıq və multikulturalizm mühiti, aparılan uğurlu iqtisadi, siyasi və hüquqi islahatlar, gənclər siyasəti barədə məlumatların, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya gənclərinə çatdırılması məqsədilə belə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.
Konfransda gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51

