“Reket jurnalistikası”na qarşı sərt tədbirlər davam etdirilir
30.10.2018 [08:39]
Şantaj və böhtan ilə vətəndaşları hədələyən, onların haqqında yalan məlumatlar yayanlar ölkə qanunları qarşısında cavab verməlidirlər
Xəbər verildiyi kimi, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İkram Rəhimov oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.
Vurğulayaq ki, Azərbaycan Mətbuat Şurası Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradaraq həmin internet qəzetlərin jurnalistləri adı ilə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və almasını, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplamasını pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, “İkram Rafiq oğlu Rəhimov “Realliq.info” və digər informasiya saytları yaradaraq nəinki Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini, çoxlu sayda digər şəxsləri hədəfə alırdı. Şura “Realliq.info”nun fəaliyyətindəki forma və metodların hüquqi prizmada dəyərləndirilməsinin vacibliyini məqbul saydığından ona qarşı ən sərt ölçü tədbirini seçmiş, adını özünün “qara siyahı”sına daxil etmişdi. Lakin İ.Rafiqoğlu heç bir halda bundan nəticə çıxarmamış və yarıtmaz fəaliyyətini davam etdirmişdi: “Bu gün İ.Rəhimov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı irəli sürülən ittihamlar Şuraya “Realliq.info”nun fəaliyyəti ilə bağlı daxil olmuş çoxsaylı şikayət məktublarının motivləri ilə tam uyğunluq təşkil edir. Əminik ki, aparılacaq istintaq araşdırmaları əsl həqiqətləri üzə çıxaracaqdır”.
Məsələyə münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, bu gün dünyanın inkişaf etmiş, demokratik dəyərlərə sadiq olan ölkələrində olduğu kimi, Azərbaycanda da söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur. Dövlət daim kütləvi informasiya vasitələrinin inkişafına maddi və mənəvi dəstək verir, jurnalistikanın daim yenilənməsini, müasir texnologiyalar əsasında səmərəli fəaliyyətini stimullaşdırır. Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Prezidenti hər zaman jurnalistikanın inkişafı ilə bağlı mühüm addımlar atır, jurnalistlərə Öz diqqət və qayğısını göstərir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü eyni zamanda təəssüflə vurğulayıb ki, bu gün media məkanında jurnalistikanın ali dəyərlərinə xəyanət edənlərə də rast gəlmək olur: “Hər bir jurnalistin əsas vəzifəsi insanları doğru, düzgün informasiya ilə təmin etmək, maarifləndirməkdir. Təbii ki, bəzən jurnalist siyasətçi, hüquqşünas kimi baş verən hadisələrə münasibət bildirə, insanları bu yöndə maarifləndirə bilər. Faktlar əsasında, obyektiv və qərəzsiz formada. Təəssüf ki, bəzi “jurnalistlər” bu çərçivəni aşaraq özlərini “ədalət carçısı”, “hakim” rolunda görür, insanları “mühakimə” edir, günahlandırır, hətta “hökm” verirlər. Bəzən isə “maddi maraqlar” bu cür “jurnalistlər”i daha aqressiv olmağa sövq edir. Onlar ayrı-ayrı vətəndaşlara, vəzifəli şəxslərə şər-böhtan atmaqdan çəkinmir, “istədiklərini” alana kimi hər yola əl atırlar. Artıq bu mərhələdə jurnalistika yox, “reketçilik” fəaliyyəti ön plana keçir. Bir müddətdir ki, “maddi maraqlar”ının qurbanı olan “Realliq.info” və digər “reket” informasiya saytlarının müəllifi İkram Rəhimov da belələrindəndir. Bu günlərdə o tabeçiliyində olan şəxslərlə birlikdə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə Dövlət Təhlükəsizliyi Xidmətinə çoxsaylı şikayətlər daxil olub. Nəticədə İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Hesab edirəm ki, belə faktlar “reketçilik sevdası”na düşənlərə dərs olmalıdır. Vəzifəsindən, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər kəs bilməlidir ki, qanun qarşısında məsuliyyət daşıyır”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, “reket” jurnalistikaya qarşı ictimaiyyət də ciddi, barışmaz mübarizə aparır, eyni zamanda, Mətbuat Şurası media məkanında bu cür neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görür: “Bu gün Mətbuat Şurasında “reket” jurnalistikaya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Komissiyaya ayrı-ayrı vətəndaşlardan, dövlət qurumlarından şikayətlər daxil olur. Bu şikayətlərə baxılır, şəffaf və obyektiv şəkildə araşdırılır, tərəflər dəvət olunur, müzakirələr aparılır. “Reketçilik”lə məşğul olanlara əvvəlcə xəbərdarlıq edilir, əgər onlar bu əməllərindən əl çəkmirlərsə, adları Mətbuat Şurasının “qara sıyahı”sına salınır. Təəssüf ki, bütün bu tədbirlərə baxmayaraq, onlar öz çirkin, qərəzli əməllərindən əl çəkmir, qanunazidd, şər, böhtan xarakterli fəaliyyətlərini davam etdirirlər. Hətta cinayət əməlinə görə həbsdə olan məhbuslara həbsxanada yatdığı dövrdə “jurnalist” vəsiqəsi satılır və jurnalistikaya heç bir aidiyyəti olmayan bu adamları jurnalist adı ilə həbsdən azad etməyə cəhd göstərilir. Belə çirkin əməllərlə məşğul olan İkram Rafiq oğlu Rəhimov və onun qrupu hansı cinayət əməlini törətdiklərini dərk etmirlərmi? Görünür yox. Əgər dərk etsəydilər, bu və digər əməllərdən əl çəkərdilər. Bu hədələrdən, şər-böhtanlardan, təhdidlərdən əl çəkmədikləri halda isə haqlı olaraq hüquq-mühafizə orqanları işə qarışır. Hesab edirəm ki, cəmiyyət bu cür zərərli ünsürlərdən təmizlənməli, şərəfli jurnalist adına ləkə gətirənlər qanun qarşısında cavab verməli, ümumilikdə müstəqil ölkəmizin sağlam media mühitinə xələl gəlməməlidir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də qeyd edib ki, ölkəmizdə reket jurnalistikası kimi amilin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. B.Quliyevin sözlərinə görə, bu gün Azərbaycan mediasının inkişafı və tərəqqisi istiqamətində kifayət qədər qərarlar verilir, addımlar atılır: “İstər ölkə rəhbərliyi tərəfindən, istərsə də mətbuatla bağlı qurumlar tərəfindən zaman-zaman həyata keçirilən işlər öz uğurlu nəticələrini verir. Təbii ki, yaradılan bu münbit şəraitdən sui-istifadə etməyə cəhd göstərənlər də tapılır. Hazırda ölkəmizdə ciddiyyəti və nüfuzu ilə, informasiya və innovativ sferadakı fəaliyyəti ilə seçilən bir neçə sayt və portallar mövcuddur. Bu informasiya resursları xəbər istehsal edərək oxuculara çatdırır, onların məlumatlanmalarını təmin edir. Bəs, “reket”çiliklə məşğul olanlar nə edirlər? Onlar cəmiyyətin gözündən pərdə asmaq üçün gün ərzində istinad belə etmədən başqa mənbələrin bir və ya iki məlumatını sayta yerləşdirməklə işlərini bitmiş hesab edirlər. Onların əsas fəaliyyəti isə çirkin və qanunsuz əməllərə əsaslanır. Onlar müxtəlif iş adamlarına, dövlət qurumlarına, məmurlara və ayrı-ayrı fərdlərə qarşı əsassız şantaj, böhtan kampaniyaları aparırlar. Ən diqqətçəkən məqam isə budur ki, bənzər “reket” saytlar və qəzetlər əllərində olan şantaj xarakterli məlumatları bir-birlərinə ötürərək hədəfə çevirməyə çalışdıqları şəxslərin üzərinə “hücum”a keçirlər. Beləliklə, qondarma jurnalist vəsiqələrinin imtiyazlarından istifadə edib, cinayət əməllərinə rəvac vermiş olurlar”.
B.Quliyev onu da qeyd edib ki, bu gün ölkəmizdə internet resursu açmaq çox asandır: “Çox cüzi məbləğ qarşılığında domen alanları sonradan saytların dövlət qeydiyyatından keçib-keçməməsi hətta maraqlandırmır. Əgər həmin sayt bağlanarsa, digərini çox asanlıqla aça bilərlər. Düşünürəm ki, məhz bu kimi problemin də aradan qaldırılması istiqamətində müvafiq qurumlar fəaliyyətlərini davam etdirməlidirlər və etdirirlər də. Ümumiyyətlə, hesab edirəm ki, jurnalist adından istifadə edərək “reketliklə” məşğul olanlar ölkə qanunları çərçivəsində məsuliyyətə cəlb edilməlidirlər”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bildirib ki, “reketçiliklə” məşğul olanlara qarşı daha sərt tədbirlərin görülməsi vacibdir. Onun sözlərinə görə bu cür reketlər Mətbuat Şurasının İdarə Həyətinin üzvlərini, Azərbaycan dövlətinə, onun informasiya təhlükəsizliyinə xidmət edən hər kəsi açıq-aşkar, çəkinmədən şantaj edirlər: “Təəssüf ki, onlara qahmar çıxanlar, onları “peşəkar jurnalist” adlandıranlar, dəstək verənlər, hətta “xidmətlərindən” istifadə edənlər də tapılır. Bu baxımdan, “Realliq.info” adlanan şantaj alətinin, onun peşəkar böhtançı “sahib”i İkramın, yan-yörəsinin Mətbuat Şurasını hədəfə almasının iki əsas səbəbi olduğu qənaətindəyəm. Bunun birincisi, Mətbuat Şurasını susdurmaq, “reketçiliyin”, şantajçılığın media məkanını qəsb etməsinə yol açmaq, ikincisi isə, “İkram” qarşılığında ləyaqətli, prinsipial mövqeyi olan insanları hədəfə alaraq gözdən salmaqdır. Təbii ki, hüquq-mühafizə orqanları pis adamdan xeyir görməyə çalışanların da, şantajçıların da arzularını ürəklərində qoydular”.
Baş redaktor onu da əlavə edib ki, “reketçiliyə”, şantajçılığa qarşı təkcə Mətbuat Şurası, müvafiq dövlət qurumları mübarizə aparmalı deyillər: “Kimliyindən asılı olmayaraq özünün, övladının daha təhlükəsiz həyat yaşamasını istəyən hər kəs bu “epidemiya”nın qarşısında dayanmalı, prinsipial mövqe, xarakter nümayiş etdirməlidir!”
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55

