/ / Xətai rayonunun nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü ilə bağlı təşkil edilən tədbirlərdə iştirak etmək üçün qardaş ölkədə səfərdə olub
Xətai rayonunun nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü ilə bağlı təşkil edilən tədbirlərdə iştirak etmək üçün qardaş ölkədə səfərdə olub
02.11.2018 [09:26]
Xətai rayonunun nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü ilə bağlı Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəttin Koçamazın dəvətilə Mersin vilayətində təşkil edilən tədbirlərdə iştirak etmək üçün qardaş ölkədə səfərdə olub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkili Hüseynbala Mirələmov, Xətai rayon Xətai Bələdiyyəsinin sədr əvəzi Əliyar Əliyev və Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Elvin Süleymanlıdan ibarət nümayəndə heyəti səfər çərçivəsində əvvəlcə Tarsusdakı Heydər Əliyev Parkını ziyarət ediblər. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan park Mersinin Tarsus rayonu ilə Bakının Xətai rayonu arasında 2007-ci ildən başlayan sıx əməkdaşlıq əlaqələri nəticəsində yaradılıb.
Sonra nümayəndə heyətinin üzvləri Tarsus Bələdiyyəsinin sədri Şövkət Canla görüşüblər. Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov “qardaşlaşmış şəhərlər” formatı çərçivəsində Tarsusla Xətai rayonu arasındakı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Mersin şəhər bələdiyyəsinin sədri Burhanəttin Kocamazla görüşdə isə Azərbaycanda müxtəlif sahələrdə əldə olunan uğurlar haqqında məlumat verilib, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi qeyd olunub. Bildirilib ki, Türk dünyasının liderləri, Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının ruhuna uyğun uğurla inkişaf edən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri dövlət başçılarımız Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Qeyd olunub ki, sentyabrın 15-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar Bakıda təşkil edilmiş möhtəşəm paradda iştirak edib, bir müddət əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Türkiyədə möhtəşəm “STAR” Neftayırma zavodunun açılış mərasimində iştirak ediblər. Həmin ərəfədə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə Kayseridə Xocalı parkının və abidəsinin açılışı olub. Bütün bunlar bu qardaşlığın bariz nümunəsidir. Burhanəttin Kocamaz bir müddət əvvəl Çukurova Bələdiyyələr birliyinin nümayəndə heyəti ilə Azərbaycanda, işğaldan azad edilmiş Cocuq Mərcanlıda, Xətai rayonunda olmasından, önəmli görüşlər keçirmələrindən danışıb. Sonra Burhanəttin Koçamaza Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Türkiyə Cümhuriyyətinin 95 illiyi kimi tarixi hadisələri əks etdirən hədiyyə təqdim olunub.
Mersin valiliyində baş tutan görüşdə Azərbaycan-Türkiyə, Mersin, Tarsus-Xətai qardaşlıq əlaqələrindən söz açılıb, Mersin valisi Əli İhsan Suya da əlamətdar tarix üçün xüsusi olaraq hazırlanan xatirə hədiyyələri təqdim olunub.
Sonra Xətai rayonunun nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibəti ilə təşkil edilən bayram tədbirlərində iştirak edib. Yerli folklor qruplarının çıxışları, müxtəlif müəssisələri təmsil edən qrupların keçidi böyük maraqla izlənilib. Bayram tədbirləri çərçivəsində Türkiyədə ən populyar idman növlərindən biri olan yağlı güləş üzrə yarış keçirilib.
Səfər çərçivəsində Tarsusun, Mersinin tarixi yerləri, muzeyləri ilə tanışlıq olub, yerli Mədəniyyət Sarayında rəsmi qəbul təşkil edilib.
Xətai nümayəndə heyətinin keçirdiyi bütün görüşlərdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin əbədiyyətə qədər davam edəcəyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

