Bakıda regional tranzitin inkişaf məsələlərinə dair seminar keçirilir
14.11.2018 [10:02]
Noyabrın 13-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin Avropa və Asiya-Sakit Okean üzrə Regional Tranzit Seminarı öz işinə başlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan da daxil olmaqla Türkiyə, Rusiya, Almaniya, Monteneqro, Serbiya, Makedoniya, Belarus, Çin, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Pakistan, eləcə də bir sıra beynəlxalq təşkilatlar - Asiya İnkişaf Bankı, Avropa Komissiyası, BMT İP və Ümumdünya Gömrük Təşkilatının nümayəndələrinin iştirakı ilə “Tranzit əməliyyatlar üzrə təlimat” sənədinin icra vəziyyəti müzakirə edilir.
Seminarın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, yüklərin sürətli, maneəsiz və təhlükəsiz daşınması beynəlxalq ticarətin əsas amillərindən biridir və tranzit ölkələr bu istiqamətdə mühüm rola malikdir.
Ölkələrin, o cümlədən Azərbaycanın iqtisadi inkişafında tranzitin əhəmiyyətinə toxunan komitə sədrinin müavini gömrük orqanlarının tranzit əməliyyatlarının sadələşdirilməsi və tənzimlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, coğrafi mövqe baxımından Azərbaycanın “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzərində yerləşməsi ölkənin tranzit potensialının inkişafı üçün münbit şərait yaradır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, Azərbaycandan keçən tranzit dəhlizlərinin səmərəliliyinin və rəqabətqabiliyətliliyinin artırılması, yükdaşımaların sürətləndirilməsi, risk analizlərinin tətbiqi hesabına sərhədkeçmə prosedurlarının sadələşdirilməsi məqsədilə gömrük orqanları bir sıra tədbirlər həyata keçirir. Hazırda Azərbaycanın Avropa məkanında tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sistemində (NCTS) qeyri-formal müşahidəçi statusunu daşıdığı və tam üzvlük istiqamətində mühüm addımlar atıldığı diqqətə çatdırılıb.
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndəsi Aydın İmaşev seminarın əhəmiyyətindən bəhs edib və müzakirə olunacaq məsələlərin regional tranzitin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
ÜGT-nin eksperti Vyara Filipova təlimin təşkilində göstərilən dəstəyə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib, təmsil etdiyi qurumun region ölkələrinin tranzit potensialının inkişafına, bu istiqamətdə biliklərin artırılmasına, qabaqcıl təcrübələrin öyrənilməsinə daim yardım edəcəyini söyləyib.
Çin Xalq Respublikası gömrük xidmətinin nümayəndəsi Vaven Pan beynəlxalq ticarətin davamlılığının və səmərəliliyinin təmin olunması məqsədilə görülən işlər barədə məlumat verib, seminarın tranzitin inkişafında region ölkələrinin rolunun artırılmasında mühüm rol oynayacağını və təmsil etdiyi qurumun bu istiqamətdə lazımi dəstək göstərəcəyini deyib.
Seminar noyabrın 15-dək davam edəcək. Bu müddət ərzində seminarda ÜGT-nin ekspertləri Vyara Filipova, Fərid Vəliyev və iştirakçı ölkələrin nümayəndələri tranzit əməliyyatlar üzrə təlimat, tranzit üzrə hüquqi çərçivə, gömrük tranziti üzrə Avropa İttifaqının Gömrük Məcəlləsi çərçivəsində anlayış, Pakistanın tranzit sistemi və təcrübəsi, informasiya-kommunikasiya texnologiyaları (İKT) və səmərəli məlumatın idarə edilməsi, NCTS - tranzitin təhlükəsizliyi, tranzit zamanı İKT-dən istifadə, tranzit sistemlərinin elektronlaşdırılması, Türkiyə təcrübəsi və layihələri, zəmanət sistemi, e-TIR zəmanət konsepsiyası ilə bağlı təqdimatlarla çıxış edəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41

