/ / “Terror multikulturalizmə qarşı “Azərbaycanlıların soyqırımı-100” adlı “dəyirmi masa”nın materialları nəşr olunub
“Terror multikulturalizmə qarşı “Azərbaycanlıların soyqırımı-100” adlı “dəyirmi masa”nın materialları nəşr olunub
08.12.2018 [10:06]
“Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində Bakı şəhərində keçirilmiş beynəlxalq konfransların materialları bir yerə toplanaraq nəşr olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, məruzələrin ümumi ortaq mövzuya həsr edildiyini və bir-biri ilə əlaqəsini diqqətə çatdırmaq, eləcə də onların daha rahat və asan qavranılmasına nail olmaq məqsədilə nəşrin redaktorları ənənəvi “konfrans materialları” deyil, “dəyirmi masa” modelinə üstünlük veriblər. Bu “dəyirmi masa”nın materialları yaxın vaxtlarda ingilis və rus dillərinə də tərcümə edilərək nəşr olunacaq. Terror multikulturalizmə qarşı layihəsinin ideya müəllifi və rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktorları professor Solmaz Rüstəmova-Tohidi, professor Həcər Verdiyeva, dosent Nigar Gözəlova və məsul katibi fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasovdur.
Azərbaycanda multikulturalizm həyat tərzi və dövlət siyasətidir. Bu siyasət tarixi inkişaf yolu keçərək, irqi və konfessional-etnik zəmində dünyadakı münaqişələrə qarşı çıxaraq dövlətin əsas siyasi xətlərindən birinə çevrilib. XX əsr qorxu və zorakılıq daşıyıcısı olan erməni terrorizminin partlayışları ilə yadda qalıb. Öz ağlasığmaz arzularını - Şərqi Anadoluda erməni dövlətçiliyinin formalaşdırılmasını həyata keçirə bilməyən erməni millətçiləri 1918-ci ilin yazında Cənubi Qafqazda və Mərkəzi Asiyada milli və dini zəmində on minlərlə günahsız insanı məhv ediblər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci ilin yanvarında Sərəncam imzalayıb. Daha sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamı ilə bu istiqamətdə bir çox tədbirlər həyata keçirilib. Bu Sərəncama əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də bir sıra tədbirlər təşkil edib.
Bütövlükdə, BBMM Azərbaycan xalıqının çoxəsrlik ənənələri və mədəni-mənəvi dəyərlərinə əsaslanaraq, erməni terroruna qarşı yönəlmiş ciddi layihələr həyata keçirir. Təkcə Azərbaycanın elmi və ictimai-siyasi həyatında deyil, zorakılığa və terrora qarşı çıxış edən digər ölkələrdə də əhəmiyyətli hadisəyə çevrilmiş “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində iki dəfə beynəlxalq elmi konfrans keçirilib. 2015-ci və 2018-ci illərdə baş tutan I və II beynəlxalq elmi konfranslarda müxtəlif ölkələrin elmi mərkəzlərinin nümayəndələri iştirak ediblər. Tarixçi, hüquqşünas, dinşünas, ədəbiyyatşünas alimlər Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Fransa və Almaniyanın arxiv sənədlərinə istinad edərək terror hadisələrinin, konkret olaraq erməni terrorizminin köklərini və səbəblərini araşdırmaqla bu siyasi-hərbi təhdidin qarşısının alınması üçün onunla beynəlxalq səviyyədə mübarizənin zəruriliyi nəticəsinə gəliblər.
Xəbər lenti
Hamısına baxMüsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34

