/ / Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərlə bağlı müzakirələr aparılıb
Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərlə bağlı müzakirələr aparılıb
11.12.2018 [09:42]
Dekabrın 10-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməllərinə həsr olunan konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən konfransda iştirakçılar əvvəlcə Dövlət Komissiyasının hazırladığı və nəşr etdirdiyi, Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərini əks etdirən fotostend və əyani vəsaitlərlə tanış olublar.
Tədbirin keçirilməsində məqsəd Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət əməlləri, o cümlədən əsir və girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə tələbə-gənclərin məlumatlandırılması, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, eləcə də səmavi dinlərdə silahlı münaqişələrə, xüsusən də müharibə qurbanlarına münasibətlə bağlı müzakirə aparmaqdır.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfransda bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsi yalnız ölkəmizə qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır. O deyib ki, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunub. C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Xocalı soyqırımı, bütövlükdə Qarabağ müharibəsi zamanı xalqımızın başına gətirilən müsibətlər barədə həqiqətləri ən yüksək tribunadan dünya ictimaiyyətinin diqqətinə çatdırdıqlarını vurğulayıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov məruzəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət əməlləri, əsir və girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə məlumat verib.
Eldar Səmədov diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə 1483 nəfər erməni əsir və girovluğundan azad edilib. Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan üç azərbaycanlı qarşı tərəfdə girovluqda saxlanılır. Eyni zamanda, Azərbaycan tərəfində erməni mənşəli üç şəxs saxlanılır. Azərbaycan hazırda işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad olunması üçün zəruri tədbirləri davam etdirir. Onların azad edilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
İşçi qrupu rəhbərinin müavini qeyd edib ki, dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb. Söhbət zamanı, həmçinin Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, dəyişdirmə “hamının hamıya” prinsipi əsasında tam həyata keçirilməli, Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilənlərin arasında olmalıdır. Humanist xarakter daşıyan belə addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir. Ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.
“İndiki mərhələdə ən vacib məsələ Beynəlxalq Qızıl Xaç Komitəsi ilə imzalanmış çərçivə sazişinə əsasən, itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və saxlanılmasıdır. Nümunələrin saxlanılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında xüsusi yer ayrılıb. Prosesin başlandığı 2014-cü ildən ötən müddətdə 1943 itkinlə bağlı 5889 nümunə toplanıb”, - deyə E.Səmədov bildirib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “İşğal altındakı tarixi-dini abidələrimiz” mövzusunda məruzəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən danışıb. O, bu cinayətlərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılmasının vacibliyini vurğulayaraq, bu yöndə görülən işlərdən bəhs edib.
Yazıçı-publisist, müstəqil jurnalist Səriyyə Cəfərova “Xocalı soyqırımı zamanı əsir və itkin düşmüş şəxslərin taleyi” mövzusunda məruzə ilə çıxış edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkinlərin axtarışı və sonrakı taleyinin müəyyənləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib.
Sonra məruzələr ətrafında çıxışlar dinlənilib, tələbələrin sualları cavablandırılıb.
Sonda Dövlət Komissiyasının materialları əsasında çəkilmiş “Sərhəd” sənədli filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxİdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45

