/ / Misirli jurnalistin “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı olub
Misirli jurnalistin “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı olub
23.01.2019 [09:44]
Ölkəmizin Misirdəki səfirliyinin dəstəyi ilə “Əl-Hivar” siyasi araşdırmalar və media mərkəzində Misirin Orta Asiya və Şərqi Avropa ölkələri üzrə mütəxəssisi, nüfuzlu tədqiqatçı və jurnalist Məhəmməd Sələmənin “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Misirin nüfuzlu ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, qəzet redaktorları, media mərkəzlərinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən “Əl-Hivar” siyasi araşdırmalar və media mərkəzinin sektor müdiri Hənan Fəthi kitabın əhəmiyyətindən danışıb. O, 1990-cı il yanvar hadisələrinin Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olduğunu bildirib.
Daha sonra çıxış edən Azərbaycanın Misirdəki səfirliyinin üçüncü katibi Emil Rəhimov 1988-ci ildən başlayan erməni təcavüzündən danışıb, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox qaçqın və köçkünün öz doğma torpaqlarından məcburi şəkildə çıxarıldığını qeyd edib.
Qanlı Yanvar hadisələri zamanı günahsız insanların vəhşicəsinə qətlə yetirildiyini qeyd edən Emil Rəhimov Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyən bəyanatla çıxış etdiyini vurğulayıb. E.Rəhimov bildirib ki, məhz Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Misirin Azərbaycanda Mədəniyyət Mərkəzinin sabiq müdiri, hazırda Misirin Helvan universitetinin professor və doktoru Adil Dərviş çıxış edərək, 20 Yanvar hadisələrinin canlı şahidi olduğunu, həmin vaxtlar Bakıda doktorantura pilləsində təhsil aldığını xatırladıb. O, sovet qoşunlarının dinc əhalini amansızcasına qətlə yetirdiyini, xəstəxanaların, yardıma gələn təcili yardım maşınlarının sıradan çıxarıldığını deyib, hadisəni törədənlərin indiyədək cəzasız qalmasını təəssüflə vurğulayıb.
“Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabın arxiv sənədlər əsasında yazıldığını vurğulayaraq müəllif M.Sələmə həmin dövrdə Misir parlamentində bəzi deputatların Bakıda baş verən hadisələri kəskin pislədiyini və buna ciddi etiraz etdiyini söyləyib, Misir qəzetlərində bu barədə yazıların əks olunduğunu deyib.
Müəllif kitabında 1990-cı ildə sovet qoşunları tərəfindən törədilən və 147 nəfərin ölümünə, 700-dən çox insanın yaralanmasına səbəb olan bu hadisəni pisləyib, Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçovun həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görülməsinin böyük təəssüf hissi doğurduğunu qeyd edib.
Tədbir Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

