/ / Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
20.03.2019 [11:00]
Milli maraqlarımızın etibarlı qorunması üçün dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin gənclər arasında təbliği vacibdir
Martın 19-da Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin gənc nəslə çatdırılması olub.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov tədbirdə çıxış edərək xüsusi xidmət orqanlarının Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı taleyüklü fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi islahatlardan, Prezident İlham Əliyevin milli təhlükəsizliyin təminatında gördüyü işlərdən danışıb. O, Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının vətənpərvərliyini, əzmkarlığını, ayıq-sayıqlığını yüksək qiymətləndirib.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xüsusi xidmət orqanlarının Azərbaycan tarixindəki rolundan, respublikamızda milli təhlükəsizliyin hərtərəfli təminatından, şəxsiyyətin, cəmiyyətin və dövlətin milli maraqlarının qorunmasından söz açıb. C.Xəlilov Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanlarının formalaşdırılmasından, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində bu sahədəki fəaliyyətindən danışıb. Ulu Öndər Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən təhlükəsizlik orqanlarının inkişafına və təkmilləşməsinə diqqət və qayğısının hər zaman xatırlandığını bildirən C.Xəlilov bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini söyləyib.
Respublika Veteranlar Təşkilatının sədr müavini Ermənistanın düşmənçilik siyasətinin qarşısının alınmasında xüsusi xidmət orqanlarının daim hazır olduğunu qeyd edib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində xüsusi xidmət orqanlarının əməkdaşları fədakarlıqlar göstərib, əsl vətənpərvərlik nümayiş etdiriblər. İnanırıq ki, bu gün gənclərimiz milli təhlükəsizliyimizin təminatında əllərindən gələni edəcək, xüsusi xidmət orqanlarına dəstəklərini və yardımlarını daha çox göstərəcəklər. Gənclər həyatlarını Vətənə, xalqına xidmətə həsr etmiş xüsusi xidmət orqanlarının əməkdaşlarından və veteranlardan nümunə götürəcəklər”.
Çıxışında ölkəmizin təhlükəsizlik orqanlarının fəaliyyətindən söz açan “Alyans” Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: “Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayanda ilk görüşdüyüm şəxs Heydər Əliyev idi. Otuz altı illik fəaliyyətimi Ulu Öndərin məsləhətləri üzərində qurmuşam. Ümummilli Lider sadə və qayğıkeş insan idi. Heydər Əliyev təkcə xüsusi xidmət orqanları üçün deyil, digər hüquq-mühafizə orqanları üçün də milli kadrların yetişdirilməsinə çalışır, Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmirdi”.
Yazıçı-publisist Azər Hacıbəyli və başqaları təhlükəsizlik orqanlarının fəaliyyətinin cəmiyyətdə yüksək qiymətləndirildiyini, dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi naminə görülən işlər nəticəsində Azərbaycanın dünyada ən sabit və təhlükəsiz ölkələrdən birinə çevrildiyini diqqətə çatdırıblar.
Tədbirin sonunda “Alyans” Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin bir qrup əməkdaşı Respublika Veteranları Təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

