“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25.05.2019 [10:30]
Mayın 24-də IDEA İctimai Birliyinin “Şəhər ekologiyası” layihəsi çərçivəsində ADA Universitetinin kampusunda mövcud olan yaşıllıq sahəsinə sincablar buraxılıb. “Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib.
Sincablar üçün əlverişli yaşam şəraitinin olduğu kampus ərazisinə ilkin olaraq 25 sincab buraxılıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.
Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların şam ağaclarının çoxluq təşkil etdiyi yeni Zooloji Parkın ərazisinə və Dədə Qorqud Parkına keçərək təbii şəkildə çoxalmasıdır.
Məlum olduğu kimi, vəhşi təbiətin qorunub saxlanılması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Bu xüsusda, Bakıda fəaliyyəti küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi yaradılıb, şəhərboyu pişiklər üçün xüsusi evciklər qurulur, IDEA quş yuvaları asılır və digər bir sıra işlər aparılır. “Şəhər ekologiyası” layihəsi Bakı və onun ətrafındakı ictimai yerlərin şəhər mühitində rahat yaşayıb çoxala bilən heyvan və quş növləri ilə zənginləşdirilməsi, eləcə də bu növlərin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngin yaradılmasından, daha sıx və daha sağlam əlaqənin möhkəmləndirilməsindən ibarətdir.
Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və tutuquşular məskunlaşıb və onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdı. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb. Layihə çərçivəsində kampusun ərazisinə buraxılan sincabların şam ağaclarının çoxluq təşkil etdiyi Dədə Qorqud Parkına və yeni Zooloji Parkın ərazisinə də keçərək təbii şəkildə çoxalacaq.
IDEA İctimai Birliyi hər kəsi şəhər mühitində yaşaya bilən fauna növlərimizin sayını bərpa etmək prosesinə dəstək verməyə, heyvanlara qarşı qayğıkeş olmağa, onlara yeni yaşam mühitinə adaptasiya dövründə həssaslıqla yanaşmağa çağırır.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26

