Bakıda Ombudsmanların XVI Beynəlxalq Konfransı keçirilib
19.06.2019 [09:51]
İyunun 18-də paytaxtımızda Ombudsmanların XVI Bakı Beynəlxalq Konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu” mövzusunda keçirilən konfrans Ombudsman Aparatının təşkilatçılığı və UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə baş tutub.
Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Konfransı açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verildiyini deyib. Bildirib ki, bu gün müasir müstəqil Azərbaycan dövləti vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edib. Bu səylər, görülən işlər nəticəsində Azərbaycan artıq dünyada öz sözü, yeri olan dövlət kimi tanınır.
“Ölkəmizdə təkcə iqtisadi, sosial sahədə deyil, eləcə də vətəndaşlarının hüquqlarının qorunması istiqamətində də uğurlu addımlar atılır. Bu sahə Azərbaycan Prezidentinin ən çox diqqət ayırdığı istiqamətlərdəndir. Azərbaycanda dövlət və vətəndaş həmrəyliyi var. Ombudsman təsisatının yaradılması da Azərbaycan dövlətinin öz vətəndaşlarının hüquqlarının qorunması məsələsinə olan diqqətinin bariz nümunəsidir”, - deyə Elmira Süleymanova vurğulayıb.
Baş Nazirin müavini Əli Əhmədov insan hüquqlarının müasir cəmiyyətin ən ali dəyərlərindən olduğunu bildirərək deyib: “Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasında ən vacib təsisatlardan biri də ombudsmandır. Sülh və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında ombudsmanların böyük rolu var”.
Dayanıqlı İnkişaf Məqsədləri barədə danışan Əli Əhmədov Azərbaycan Hökumətinin bu proqramı uğurla icra etdiyini söyləyib. Qeyd edib ki, bu proqramın ən əsas qayələrindən biri sülhün təmin edilməsidir. Etibarlı sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan sülh olmur. Azərbaycan xalqı sülhsevər cəmiyyət olmasına baxmayaraq, 30 ilə yaxındır ki, işğala məruz qalıb. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Milli Məclisin Sədr müavini Bahar Muradova Azərbaycanın insan hüquqları məsələlərinin müzakirə olunduğu və uğurlu nəticələrin əldə edildiyi məkan olduğunu deyib. Bildirib ki, Azərbaycan dövləti multikulturalizmi, həmrəyliyi vətəndaşlarımızın həyat tərzi kimi görür. Azərbaycan bu istiqamətdə daim dünya ölkələrini bir araya gətirir. Azərbaycan dünyaya sülh mesajı verən ölkə kimi də tanınır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinə toxunan B.Muradova deyib ki, Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi münaqişənin həllində əsas problemlərdən biridir. Ermənistan dövləti Metsamor AES-in fəaliyyətini davam etdirməklə dayanıqlı inkişaf məqsədlərinə zərbə vurur.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Dayanıqlı İnkişaf Məqsədləri barədə danışıb. Bildirib ki, insan hüquqları məsələsi bu proqramın əsas qayələrindən birini təşkil edir. Ombudsmanlar insan hüquqlarının qorunmasında əhəmiyyətli rol oynayır. İnklüziv cəmiyyətin yaradılmasında ombudsmanların rolu böyükdür. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq dövlətdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, qadın və uşaq hüquqları məsələsi insan hüquqlarının əhəmiyyətli hissəsini təşkil edir. Hələ 1918-ci ildə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilmişdi.
Digər sahələr kimi, qadın və uşaq hüquqlarının təmin olunması da Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Azərbaycanda gender bərabərliyi ilə bağlı qanunların qəbul edilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın böyük rolu olub.
Bu gün qadınlar Azərbaycanın iqtisadiyyatında, elmində və digər sahələrində əhəmiyyətli rol oynayırlar. Qadınlar sahibkarlıqla məşğul olur, ölkəmizin inkişafına töhfələrini verirlər.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edərək 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda insan hüquqları sahəsində böyük addımlar atıldığını deyib. Bildirib ki, bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla, o cümlədən UNESKO ilə yaxından əməkdaşlıq edir. 2008-ci ildən Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” bu əməkdaşlığın bariz nümunəsidir. Bu il Milli Komissiyanın yaranmasının 25 illiyinin qeyd olunduğunu bildirən Baş katib Azərbaycan-UNESKO əlaqələrinin genişlənməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb. Azərbaycan UNESKO ilə birgə bir sıra Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır.
Konfrans çərçivəsində keçirilən plenar iclasda ombudsman Elmira Süleymanova “Ədalətli sülh dayanıqlı inkişaf məqsədlərinə nail olunmasının qarantıdır”, Türkiyənin baş ombudsmanı Şeref Malkoç “Yaxşı idarəçilik və bürokratiyanın Dayanıqlı İnkişaf Məqsədlərinə təsirləri”, Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkilinin müşaviri Vyaçeslav Tolmaçov “Dayanıqlı İnkişaf Məqsədləri və onun indikatorları kontekstində Rusiyanın hüquq müdafiə gündəliyi”, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova “Azərbaycanda dayanıqlı inkişafa yönəlmiş islahatlar”, Rusiyanın Tatarıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Sariya Saburskaya “Dayanıqlı inkişaf, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsində tərəfdaşlıq: Tatarıstan Respublikası ombudsmanının təcrübəsi”, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova “Naxçıvan Muxtar Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sahəsində görülən işlər” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbir müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

