Azərbaycan KİV rəhbərlərinin Moskva şəhərinə səfər proqramı başlayıb
02.07.2019 [09:48]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı başlayıb. Nümayəndə heyətinin Rusiyanın jurnalist təşkilatları və aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, səfər proqramı iyulun 1-də başlayıb və ilk görüş Azərbaycanın Rusiyadakı səfirliyində keçirilib.
Səfir Polad Bülbüloğlu Azərbaycanın aparıcı KİV qurumlarının Rusiyaya səfər proqramını müsbət dəyərləndirdiyini bildirib. O, iki ölkənin KİV qurumlarının əlaqələrinin güclənməsinin Azərbaycan ilə Rusiyanın maraqlarına xidmət etdiyini vurğulayıb. Səfir Azərbaycan və Rusiyanın müştərək maraqlarına xidmət edən proqramlar barədə də məlumat verib. Bu proqramların reallaşması üçün medianın dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb və Azərbaycan media təmsilçilərinin Moskvaya səfərlərinin bu yöndə ciddi önəm daşıdığını vurğulayıb.
KİVDF-nin icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. V.Səfərli Rusiya-Azərbaycan media təmsilçilərinin sıx təmaslarının zəruriliyini, bunun üçün həm Rusiya, həm də Azərbaycan dövlətinin dəstəyinin önəmli olduğunu vurğulayıb. Səfir Polad Bülbüloğlu iki ölkə KİV-lərinin təmaslarının gücləndirilməsi üçün səlahiyyətləri çərçivəsində bütün dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Nümayəndə heyətinin növbəti görüşü TASS İnformasiya Agentliyində keçirilib. Nümayəndə heyətinin üzvləri əvvəlcə agentliyin iş mühiti ilə tanış olublar. Sonra baş redaktor Maksim Filimonovla görüş olub. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru, KİVDF-nin Müşahidə şurasının sədri Həsən Həsənov, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rəşad Nəsirov, AZƏRTAC-ın redaksiya müdirinin müavini Əziz Məmmədov, “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov daxildir.
Səfər iyulun 4-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52

