/ / “Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
“Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
17.07.2019 [09:33]
İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və “Azərenerji” ASC-nin birgə təşkil etdikləri “Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıb.
Bu barədə AZƏRTAC-a fonddan məlumat verilib.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, “Azərenerji” ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbirin əvvəlində “Azernerji” ASC-nin “Reabilitasiya proqramı” çərçivəsində görülmüş işlərdən bəhs edən qısa videoçarx nümayiş olunub.
“Azərenerji” ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev bildirib ki, ötən ilin payızından başlayaraq “Azərenerji” ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası da daxil olmaqla ölkədəki 12 elektrik stansiyasında, sistem əhəmiyyətli 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır. O deyib: “35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir”.
Vüqar Əliyev, həmçinin bildirib ki, 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya proqramı”nın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerjisistemin etibarlığını və dayanaqlığını təmin edərək inkişafa nail olmaqdır: “Reabilitasiya proqramı çərçivəsində 800 MVt-dan artıq “itirilmiş” gücün bərpası planlaşdırılıb”.
“Azərenerji ASC” prezidentinin müşaviri görülən işlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında jurnalistlərin rolunu da xüsusi vurğulayıb. O, təşkil olunmuş müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirib.
Vüqar Səfərli media nümayəndələrini Milli Mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.
Azərbaycanın davamlı və sabit inkişafında energetika sisteminin rolunu xüsusi qeyd edən Vüqar Səfərli bir ilə yaxın müddətdə bu sahədə mühüm islahatların aparıldığını, enerjisistemin etibarlığının xeyli dərəcədə yüksəldiyini bildirib. İcraçı direktor əlavə edib ki, “Azərenerji” ASC ilə birgə keçirilən müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi ilə əlaqədar reallaşdırılan tədbirlərin ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Vüqar Səfərli bildirib ki, 2019-cu il mayın 10-dan iyulun 5-dək davam edən birgə fərdi jurnalist yazıları müsabiqəsinə 25 KİV-dən 35 yazı təqdim edilib, yazılar üç nəfər ekspert tərəfindən qiymətləndirilib. İcraçı direktor yekun nəticələrə əsasən, yazı müəlliflərindən 6 nəfərinin əsas, 10 nəfərinin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.
Sonra qaliblərə fəxri diplom və pul mükafatları təqdim olunub.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

