İstanbulda “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Günü” Forumu işə başlayıb
04.09.2019 [09:33]
Sentyabrın 3-də Türkiyənin İstanbul şəhərində “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Günü” Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirdə, eyni zamanda, İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun (İCYF) prezidenti Taha Ayhan, Türkiyənin Gənclər və İdman naziri Muharrem Kasapoğlu, İƏT-in mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Malinin Gənclər və İdman naziri Aruna Modibo Toure və digərləri də iştirak edirlər.
Forumda çıxış edən nazir Azad Rəhimov əvvəlcə Taha Ayhanı İCYF-nin prezidenti seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Nazir bu təşkilatın çox böyük inkişaf yolu keçdiyini və ötən dövr ərzində İƏT-ə üzv ölkələrdən 48 gənclər institutunun İCYF sıralarına qoşulduğunu qeyd edib.
Nazir çıxışında Azərbaycan Hökumətinin daim İCYF-ni dəstəklədiyini, 2004-cü ildə Prezident İlham Əliyevin himayəsi altında İslam Əməkdaşlığı Gənclər Forumunun Baş Assambleyasının Bakıda keçildiyini diqqətə çatdırıb. Eyni zamanda, İstanbulda İCYF-nın baş qərargahının açılışında da Prezident İlham Əliyevin iştirak etdiyini bildirib. O vurğulayıb ki, həmin gün - 3 sentyabr tarixinin İslam Konfransı Təşkilatı tərəfindən İslam Ölkələri Gənclər Günü kimi qeyd olunması haqqında qərar qəbul edilib.
Azad Rəhimov təşkilat və Azərbaycan Hökuməti arasındakı sıx münasibətlərdən danışarkən bildirib: “2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yaranması və inkişafındakı təşəbbüs və roluna, İslam Əməkdaşlıq Təşkilatı gəncliyinin inkişafına yönəlmiş fəaliyyətlərə və quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Gənclərin hamisi ilk Fəxri Nişanını verdiyiniz üçün sizə təşəkkür edirəm”.
Nazir söyləyib ki, bu gün dünyanın 25 faizini, təqribən 2 milyard əhalisini müsəlmanlar təşkil edir. Bu din dünyada yüksək sürətlə inkişaf etməkdədir. Əfsuslar olsun ki, bir sıra İslam ölkələrinin gəlirləri və həyat səviyyələri dünyanın digər ölkələri ilə müqayisədə çox aşağıdır. Təhsil və gənclər siyasəti hər bir ölkənin prioritet sahələrindən olmalıdır. Gənclər siyasi, iqtisadi, ümumilikdə, ölkənin inkişafına istiqamətlənmiş sahələrdə özlərini realizə edib, böyük işlərə imza atmalıdırlar. Təbii ki, bütün bu məsələlərdə dövlətin rolu əvəzsizdir. Ölkədə gənclər siyasəti mütləq şəkildə yüksək səviyyədə inkişaf etməlidir.
Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqqında məlumat verən nazir Azad Rəhimov deyib ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib. Bu gün Azərbaycanda gənclərin inkişafına yönəlmiş dövlət proqramları, strategiyalar uğurla həyata keçirilir. Ölkəmizin müxtəlif regionlarında gənclərin özlərini realizəsi üçün 40-dan çox gənclər mərkəzləri mövcuddur. Üç yüzdən çox gənclər təşkilatı fəaliyyət göstərir.
Sonda nazir Forum iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, forum çərçivəsində nazir Azad Rəhimov Türkiyənin Gənclər və İdman naziri Muharrem Kasapoğlu, İƏT-in mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Malinin Gənclər və İdman naziri Aruna Modibo Toure, həmçinin Dünya Etnosport Federasiyasının prezidenti Bilal Erdoğan ilə ikitərəfli görüşlər keçirib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

