Ötən tədris ilinin yekunları Qax, Zaqatala və Balakənin təhsil işçiləri üçün uğurlu olub
05.09.2019 [09:18]
Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Ölkədə uğurla reallaşdırılan sürətli innovativ inkişaf siyasəti Azərbaycanı inkişaf göstəricilərinə görə, lider dövlətlər cərgəsinə yüksəldib. Söz yox ki, təhsil sahəsində əldə edilmiş nailiyyətlər də cəmiyyətin dinamik inkişafı ilə birbaşa bağlıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Qax, Zaqatala və Balakən rayonları təhsil işçilərinin sentyabrın 4-də Qax şəhərində keçirilən zona konfransında səsləndirilib.
Rayonların qabaqcıl təhsil işçiləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfrans iştirakçıları sonra tədbirin keçirildiyi şəhər 2 nömrəli məktəb-liseyin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbiri Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq təhsilin hər bir dövlətin gələcək inkişaf strategiyasında mühüm rol oynayan əsas prioritetlərdən biri olduğunu bildirib, konfransın işinə uğurlar arzulayıb.
Təhsil Nazirliyinin məsul nümayəndəsi Əsgər Quliyev çıxışında dövlətin təhsil sahəsinə diqqət və qayğısından, ötən tədris ilində qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu strategiyası hazırda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində çox uğurla və sistemli şəkildə həyata keçirilir. 2017-2018-ci tədris ilinin ümumi təhsildə keyfiyyət ili elan olunduğunu xatırladan nazirliyin nümayəndəsi bunun davamı olaraq, 2018-2019-cu tədris ilinin təhsil sistemində ümumi təhsilin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi ili kimi elan edildiyini diqqətə çatdırıb.
Qax Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən Babək Heydərovun hesabat məruzəsində 2018-2019-cu tədris ilində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən geniş bəhs edilib. Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədilə rayonun təhsil işçiləri ötən dərs ilində də əzmlə çalışıb, gənc nəslin təlim-tərbiyəsi sahəsində bir sıra uğurlar qazanıblar.
Diqqətə çatdırılıb ki, 2018-2019-cu dərs ilində rayonun 53 ümumtəhsil məktəbində 7 min 152 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 1226 pedaqoji işçi məşğul olub. Ötən dərs ilində məktəbdənkənar tərbiyə müəssisələrində 1184 nəfər şagird idman və yaradıcılıq dərnəklərinə cəlb edilib. Məktəblərin 32-si birtipli layihə əsasında inşa edilən, 21-i isə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Hazırda Əlibəyli və Tasmalı kəndlərində 216 və 264 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir. Eyni zamanda, kəndlərdə quraşdırılan modul tipli məktəblərdə tamamlama işləri aparılır.
Bildirilib ki, ali məktəblərə builki qəbul imtahanları Qax məktəbliləri üçün də çox uğurlu olub. Belə ki, qəbul imtahanlarında iştirak edən 298 məzundan 217-si tələbə adını qazanıb. Məzunlardan 47-si 500-700 bal arasında, 17 məzun isə 600 baldan yuxarı nəticə göstərib. Bu il rayon məzunlarının topladığı orta bal 328,7-yə bərabər olub.
Konfransda, həmçinin Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanovun və Balakən Rayon Təhsil Şöbəsinin nümayəndəsinin ötən tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzələri dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

