Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Miqrasiya Xidmətinin rəisi “DOST kuboku” turnirində qalib gələn miqrasiya könüllüləri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi “DOST kuboku” turnirində qalib gələn miqrasiya könüllüləri ilə görüşüb

11.09.2019 [09:43]

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ilk “DOST” mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə DOST kuboku turnirində fərqlənmiş miqrasiya könüllüləri ilə görüşüb.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, könüllülərdən ibarət komandaların yarışında birinci, 49 kollektiv arasında ümumi komanda hesabında isə üçüncü yeri tutan miqrasiya könüllülərini təbrik edən Xidmət rəisi bu uğuru gənclərin yüksək intellektual səviyyələrinin, fəal və səmərəli ictimai fəaliyyətlərinin göstəricisi kimi dəyərləndirib: “Sevindirici haldır ki, komanda üzvləri “Miqrasiya Könüllülüləri” İctimai Birliyinin fəal üzvlərindən ibarətdir. Bu da təşkilat ətrafında birləşən müasir ruhlu, kreativ gənclərin potensialının göstəricisidir”.
DMX tərəfindən miqrasiya könüllülərinə bundan sonra da diqqət və qayğı göstəriləcəyini vurğulayan Vüsal Hüseynov qalibləri bir daha təbrik edərək onlara və “Miqrasiya Könüllüləri” İctimai Birliyinin bütün üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31