Azərbaycan ilə Rusiya arasında hüquqi sahədə əlaqələr uğurla inkişaf edir
09.10.2019 [09:32]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.
Oktyabrın 8-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Baş prokurorunun müavini - Rusiya Federasiyasının Baş Hərbi prokuroru Valeri Petrovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlətlərimizin başçılarının birgə səyləri və siyasi iradəsi sayəsində əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə olduğu kimi, hərbi və hüquq sahələrində də uğurla inkişaf etdiyi xüsusilə vurğulanıb.
Xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20 faizinin Ermənistanın işğalı altında olması, bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokuror bu günlərdə Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ifadə etdiyi tarixi tezislərdən sitatlar gətirib.
Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunmuş nailiyyətlərdən danışıb.
Baş prokuror ötən illərdə prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırılması istiqamətində görülən mütərəqqi işlər, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə məlumat verib. Azərbaycanın və Rusiyanın Hərbi prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Zakir Qaralov bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.
Möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin bir çox sahələrdə olduğu kimi, özünü hüquq-mühafizə sahəsində də büruzə verdiyini diqqətə çatdıran Baş prokuror cari ilin iyununda Rusiya Federasiyası Baş prokuroru Yuri Çayka ilə Moskvada keçirilən görüşünü xatırladıb. Səfər çərçivəsində iki ölkənin Baş prokurorluqları arasında imzalanmış əməkdaşlıq haqqında Sazişin əhəmiyyətini vurğulayıb.
Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən Valeri Petrov ölkəmizə ilk dəfə səfər etdiyini diqqətə çatdırıb, nümayəndə heyətinin üzvlərində artıq Azərbaycan haqqında çox sürətlə inkişaf edən, dinamik, müasir və təhlükəsiz ölkə imicinin formalaşdığını bildirib. Qonaq qarşılıqlı səfərlərin, geniş ünsiyyətin və mütəmadi təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. O, ölkəmizlə bir çox istiqamətlərdə olduğu kimi, hərbi və hüquqi sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verilməsindən, Azərbaycan hərbçilərinin Rusiyada keçirilmiş “Beynəlxalq Ordu Oyunları-2019” beynəlxalq müsabiqəsində uğurlu çıxışlarından danışıb.
Görüşdə hərbi xidmət əleyhinə olan cinayətlər, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

