Sabirabadda 50 min ədəd müxtəlif növ ağac əkiləcək
17.10.2019 [09:49]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü sabirabadlılar da razılıqla qarşılayıblar. Rayonda artıq ərazi müəyyənləşib və 50 min ədəd müxtəlif növ ağac əkiləcək.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illiyi münasibətilə 2019-cu il “Nəsimi ili” olunub və bununla əlaqədar ölkəmizdə və dünyada silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi təşəbbüsünə sabirabadlılar da böyük ruh yüksəkliyi ilə qoşulublar.
Hazırda rayonda ciddi hazırlıq işləri gedir. Yaşıllıqların əsasən magistral yolun kənarında salınması planlaşdırılır. Artıq boş sahələr kol-kosdan təmizlənib, əkin üçün hazır vəziyyətə gətirilib.
Rayon icra hakimiyyətinin nümayəndəsi Qabil Məmmədov bildirib ki, salınacaq yaşıllıqlar damcılı suvarma sistemi ilə suvarılacaq. Bunun üçün su anbarı tikilir və boruların çəkilməsi üçün işlər aparılır. Ətraf mühitin qorunmasını, yaşıllığın artırılmasını özlərinə borc bilən sabirabadlılar gələcəkdə də bu kimi işlərdə öz əməklərini əsirgəməyəcəklər. Çünki bu tədbir ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına və hər bir sakinin sağlam gələcəyinə verilən bir töhfədir.
Qeyd edək ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

