/ / Azərbaycanın orta məktəblərində “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur
Azərbaycanın orta məktəblərində “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur
24.10.2019 [09:29]
Kompüter texnologiyalarının sürətli inkişafı və internet şəbəkəsinin əhatə dairəsinin genişlənməsi ünsiyyət, inkişaf, insan həyatının asanlaşdırılması və yaşam keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük imkanlar açır. Lakin internet yalnız imkanlar toplusu deyil, həm də təhlükə mənbəyidir. Bu gün yüz milyonlarla insan internet istifadəçisidir ki, onların da böyük qismi ümumdünya “hörümçək torunun” təhlükələrindən xəbərdar olmayan uşaqlardır. Belə olan halda “kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunun əhəmiyyəti artmağa başlayır. Kiber təhlükələrin qarşısının alınmasında əsas vasitələrdən biri gənc nəslin bu təhlükələrlə bağlı vaxtında məlumatlandırılması, insanlar və əşyaların İnternet vasitəsilə bağlandığı yeni rəqəmsal dövrə hazırlanmasıdır.
Mövzunun aktuallığını nəzərə alaraq, 23 oktyabr tarixində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, şəbəkə texnologiyaları sahəsində dünya lideri olan “Cisco” şirkəti və ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə məktəblərdə internetdə təhlükəsiz davranışla bağlı sosial maarifləndirici layihə keçirilib. Layihə əsnasında, “Giving Back” sosial proqramı çərçivəsində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər edən “Cisco” əməkdaşları Bakının on orta məktəbində eyni anda 3-5-ci sinif şagirdləri üçün məlumatlandırıcı sessiyalar keçirib. Proqramın məqsədi gənc iştirakçılara və beynəlxalq şəbəkə istifadəçilərinə İnternet məkanında mövcud olan risklərlə yanaşı, mümkün təhlükələrdən qorunma yolları və arzuolunmaz nəticələrin qarşısının alınması barədə məlumat verməkdir.
Qeyd edək ki, kibertəhlükəsizlik mövzusuna öz korporativ sosial məsuliyyət proqramlarında xüsusi diqqət ayıran layihənin rəqəmsal tərəfdaşı Azercell bu təşəbbüsü dəstəkləyərək, orta məktəblərə aylıq 10 GB internet paketli MiFi modemləri, şagirdlərə isə müxtəlif hədiyyələr təqdim edib.
Xatırladaq ki, Azercell şirkəti, 2016-ci ildə İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün “Universal Mühafizə”, “Android üçün Müdafiə” və “Valideyn Nəzarəti” xidmətlərini özündə cəmləyən “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Həmçinin Azercell 2018-ci ildən etibarən Bakıda və bölgələrdə uşaqlar, valideynlər və müəllimlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər keçirir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

