Ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olunub
23.11.2019 [10:56]
Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
Zəngin tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 101 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Bayram ərəfəsində Azərbaycan Prezidenti tərəfindən ədliyyə işçilərinin ali xüsusi rütbələrə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürüdür.
Əlamətdar gün münasibətilə respublika ədliyyə nazirinin mətbuatda Azərbaycan ədliyyəsinin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işlər barədə geniş məqaləsi dərc olunub. Həmçinin Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən silsilə çıxışlar edilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bayramla əlaqədar ədliyyə orqanlarında və məhkəmələrdə çoxsaylı tədbirlər təşkil edilib, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına baş çəkilib, böyük bir qrup gənc qulluğa qəbul olunub və onlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib. Eyni zamanda, könüllülərin ədliyyə tarixi və digər muzeylərlə tanışlığı təşkil olunub, ağacəkmə və qanvermə aksiyaları, kütləvi idman və intellektual yarışlar, “açıq qapı” günləri və digər silsilə bayram tədbirləri keçirilib. Həmçinin nazirliyin aparatında əməkdaşlar üçün müasir standartlara uyğun yenidən təmir olunmuş yeməkxana istifadəyə verilib.
Peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hakimlər noyabrın 22-də Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə gül dəstələri düzülüb.
Həmçinin Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Sonra Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib. Əvvəlcə əbədiyaşar liderimizin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.
Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, nazirliyin kollektivi, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Peşə bayramı günü münasibətilə ədliyyə sahəsində çalışan bütün işçiləri təbrik edən nazir F.Məmmədov Azərbaycan ədliyyəsinin tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisini, dünyada ən islahatçı dövlətlərdən olduğunu vurğulayıb, ölkəmizin hərtərəfli inkişafında və dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətlərini qeyd edib.
Nazir Azərbaycan ədliyyəsinin davamlı inkişafını təmin edən islahatlardan və yeniliklərdən bəhs edib, dövlətimizin başçısının bu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olduğunu bildirib.
Sonra dövlətimizin başçısının Sərəncamı ilə ali xüsusi rütbələrə layiq bilinmiş ədliyyə işçilərinə yeni rütbələrin paqonları təntənəli şəkildə təqdim olunub. Azərbaycan Prezidentinin etimadı ilə rəhbər vəzifələrə yenicə təyinat almış nazirliyin baş idarə və idarə rəislərinə xidməti vəsiqələr verilib. Həmçinin Ədliyyə nazirinin əmrləri ilə fəaliyyətində fərqlənmiş bir qrup əməkdaş mükafatlandırılıb.
Bayram münasibətilə nazirlikdə, ədliyyə orqanlarında, həmçinin məhkəmələrdə keçirilən tədbirlərdə Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna nəzər salınıb, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan mütərəqqi islahatlardan danışılıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm fəaliyyəti qeyd olunub, ədliyyə işçilərinə xoş arzular ifadə olunub.
Ədliyyə işçiləri Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisi naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirəcəklərini söyləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

