Elmi nailiyyətlərlə yadda qalan il
13.01.2010 [09:12]
Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Şurasının 2009-cu il üzrə elmi fəaliyyətə həsr olunmuş iclası keçirilib. Elmi Şuranın sədri, akademik İsa Həbibbəyli Azərbaycanda elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından, ötən il qəbul olunan “Təhsil haqqında” Qanunun, bu sahədə aparılan uğurlu islahatların əhəmiyyətindən danışıb. Rektor universitetin ötən ilki elmi uğurlarına nəzər salaraq qazanılan nailiyyətlərin, eyni zamanda, tədrisin keyfiyyət göstəricisi olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli elmi tədqiqat işlərinin yekununun müzakirə olunmasının müvəffəqiyyətlərlə yanaşı, mövcud nöqsanların təhlili, gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.
NDU-nun elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun universitetin 2009-cu il üzrə elmi fəaliyyətinə dair hesabatı dinlənilib. Məruzəçi aparılan elmi islahatların bu ali təhsil ocağında da elmi potensialın, intellekt bazasının inkişafına mühüm təsir göstərdiyini vurğulayıb. ötən il Naxçıvan MR Ali Məclisinin Sədrinin iştirakı ilə Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi üçün ən son texniki avadanlıqlarla təchiz olunmuş müasirtipli binanın istifadəyə verilməsi, 6 yeni kafedranın yaradılması elmin, tədrisin inkişaf stimulu kimi qiymətləndirilib. Məruzəçi AMEA-nın 2 həqiqi, 5 müxbir üzvünün, 24 elmlər doktorunun, 167 elmlər namizədinin çalışdığı NDU-da 2009-cu ildə 9 dissertasiyanın müdafiə olunması, universitet əməkdaşlarının 73 kitabının, 35 monoqrafiyasının, 5 dərs vəsaitinin, 54 metodik vəsaitinin, 970 elmi məqaləsinin nəşr edilməsi, 66 nəfərin beynəlxalq simpozium və konfransda iştirak etməsi barədə məlumat verib. Hesabatda bildirilib ki, il ərzində 236 elmi-tədqiqat işi həyata keçirilib ki, bunlardan bir neçəsi mühüm elmi nəticələri ilə xüsusilə seçilir. Bu tədqiqat işlərinin səmərəliliyi, informasiya təminatı, dərslik və dərs vəsaiti şəklində nəşr olunaraq tədrisdə tətbiqi barədə məlumat verilib. NATO-nun qrantı əsasında universitetdə yaradılan Wy fy kampus internet şəbəkəsindən bəhs olunub, Azərbaycan ali məktəb sistemində ilk dəfə olaraq 110 hektarlıq ərazidə simsiz sürətli internet bağlantısı ilin ən böyük nailiyyəti kimi dəyərləndirilib.
Elmi işlər üzrə prorektor, eyni zamanda, NDU-nun ən müasir informasiya kommunikasiya texnologiyaları vasitələri ilə təmin edilməsinin dünya elm, təhsil sisteminə inteqrasiya olunmasındakı rolundan söz açıb. Universitetdə İKT sisteminin tədrisdə və elmi tədqiqat işlərində uğurla tətbiq olunmasından, alimlərin buradakı müxtəlif elmi təcrübə bazalarından yararlanmasından bəhs olunub. Məruzəçi universitetin il ərzində Misir Ərəb Respublikası, Avstriya, Türkiyə, Rusiya və Gürcüstanın tanınmış ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq haqqında bağlanan müqavilələrin elmi mübadilə və tərəqqi üçün geniş imkanlar açdığını qeyd edib. AMEA-nın müxbir üzvü Vəli Hüseynov universitet əməkdaşlarının əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini, müxtəlif fəxri adlarla təltif olunduğunu xatırladaraq bu qayğının gələcək elmi-pedaqoji fəaliyyət sahəsində qarşıya mühüm vəzifələr qoyduğunu vurğulayıb və həmkarlarına müvəffəqiyyətlər arzulayıb.
Aspirantura şöbəsinin müdiri Günay Vəliyeva şöbənin illik hesabatında aspirant və dissertantların attestasiyası və fərdi iş planlarının təsdiqi, dissertasiya mövzularının Koordinasiya Şurasında qeydiyyatdan keçirilməsi, tədqiqatçıların respublika və beynəlxalq miqyaslı konfrans və simpoziumlarda iştirakı, elmi nəşrlərin hazırlanması sahəsində görülən işlər barədə məlumat verib.
NDU-nun Magistratura bölməsinin dekanı, tarix elmləri namizədi Elbrus İsayev magistr dissertasiyalarının hazırlanması və qarşıda duran vəzifələr barədə məruzə edib. O, ötən il 76 magistr dissertasiyası müdafiə edildiyini, dissertasiyaların mühüm elmi aktuallıq kəsb edən mövzulara həsr olunduğunu, onların yazılmasında və müdafiəsində İKT vasitələrindən istifadə olunduğunu, magistr məzunların universitetdə işlə təmini üçün şərait yaradıldığını diqqətə çatdırıb.
NDU-nun Elmi kitabxanasının direktoru, filologiya elmləri namizədi Aypara Behbudova isə məruzəsində kitabxananın illik fəaliyyətinə və qarşıda duran vəzifələrə toxunub. Məruzəçi 3 ixtisaslaşmış kitabxanadan, 6 şöbədən, 9 oxu zalından ibarət kitabxananın 3 dildə internet saytının yaradıldığını, elektron kataloq sisteminin tətbiq olunduğunu qeyd edib, 40 ölkənin 200-dən çox elmi müəssisəsi ilə əlaqəsindən söz açıb. 160 mindən artıq fondun ötən il də zənginləşdirilərək buraya 3661 nüsxə kitab daxil edilməsi, 36 adda dövrü mətbuata abunə yazılması, fondun şəxsi kitabxanalardan edilən hədiyyələr hesabına da komplektləşdirilməsi diqqətə çatdırılıb. Məruzəçi 9861 oxucuya xidmət göstərən kitabxanada keçirilən elmi-kütləvi tədbirlərdən, fonda daxil olan yeni çap məhsullarını əks etdirən, əlamətdar tarixi günlərə həsr olunmuş daimi, tematik sərgilərin təşkilindən söz açıb.
“Qeyrət” nəşriyyatının direktoru, tarix elmləri namizədi Vaqif Məmmədov nəşriyyatın fəaliyyəti və vəzifələri barədə məruzəsində burada il ərzində 294 sifarişin yerinə yetirildiyini, tədris vəsaitlərinin, kargüzarlıq sənədlərinin, universitetin “Elmi əsərlər”inin 3 nömrəsinin, “Fikir” informasiya bülleteninin nəşri, digər elmi-kütləvi nəşrlərin çapa hazırlanması barədə, həmçinin, nəşriyyatın müasir texniki avadanlıqlarla təchiz olunmasından danışıb.
Əməkdar müəllim, pedaqoji elmlər namizədi Kamal Camalov rəhbərlik etdiyi Gənc Alimlər Şurasının illik fəaliyyəti barədə hesabat verərək keçirilən elmi-nəzəri seminarların, konfrans və simpoziumlarda məruzələrin, dissertasiya müzakirələrinin elmi-tədqiqat işlərinin təkmilləşdirilməsindəki rolundan bəhs edib.
TEC-in sədri Süleyman İmanov illik hesabatında ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasında qazanılan nəticələr, TEC-in ümumuniversitet yekun konfransının, tələbələrin texniki yaradıcılıq sərgisinin, digər elmi-kütləvi tədbirlərin keçirilməsi barədə danışıb. Məruzəçi bildirib ki, TEC xətti ilə aparılan elmi-tədqiqatların fakültə yekunlarında, ümumilikdə 231 nəfər iştirak edib, bunlardan 62 nəfər müvafiq yerlərə layiq görülüb.
Hesabatlarda slaydlardan istifadə olunub, elmi tədqiqat işlərinin illik yekununu əks etdirən sərgi nümayiş etdirilib. Elmi Şurada ənənəvi olaraq, il ərzində məhsuldar elmi yaradıcılığı, nailiyyətləri ilə fərqlənən 4 nəfər “İlin alimi” adı ilə təltif olunub. Qeyd edək ki, “İctimai və humanitar elmlər” nominasiyası üzrə filologiya elmləri doktoru Yavuz Axundlu, iqtisad elmləri doktoru Asif Şirəliyev, “Təbiətşünaslıq və dəqiq elmlər” üzrə isə coğrafiya elmləri namizədi Nazim Bababəyli və tibb elmləri namizədi, Naxçıvan MR -nin Əməkdar həkimi İsa Abdullayev bu ada layiq görülüb.
Elmi Şurada cari məsələlər də müzakirə olunub.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri
Xəbər lenti
Hamısına baxHadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27

